Qeyri-adi iş elanı - İşə qəbul edilən şəxs maaş almayacaq, Şirkətə 23 min dollar ödəyəcək
Hindistanın çatdırılma tətbiqi Zomato-nun Baş direktoru, ilk il maaş ödənilməyəcək və işə qəbul edilən namizədin Zomato-ya 23 min dollar ödəyəcəyi Personel şefi axtardığını bildirən bir elan dərc edib.Hindistanının çatdırılma tətbiqi Zomato-nun baş direktoru Deepinder Goyal sosial mediada Personel şefi (Chief of staff) axtardığını elan edib.
Marja.az xəbər verir ki, maraqlı olan elandakı şərtlərdir. İş elanında verilən məlumata görə, işə qəbul ediləcək şəxsə Zomato tərəfindən birinci il maaş verilməyəcək və o bu iş üçün şirkətə 2 milyon Hindistan rupisi (təxminən 23 min 670 dollar) ödəyəcək.
Paylaşım sosial şəbəkədə böyük reaksiyalara səbəb olub.
Zomato-nun Baş direktoru öz yazısında ödənişi özünün “Feding India” adlı qeyri-hökumət təşkilatına veriləcəyini bildirib və bu vəzifənin idarəetmənin öyrədildiyi kursdan “10 dəfə daha çox öyrənmə” təmin edəcək “sürətli öyrənmə proqramı” olduğunu bildirib.
Bununla belə, cümə axşamı Goyal Şirkətə 23 min 670 dolların ödənilməsi tələbinin sadəcə bir "hiylə" olduğunu açıqlayıb. Goyal bu detalın "fürsəti dəyərləndirmək gücünə malik insanları tapmaq üçün" yazıldığını qeyd edib.
Müraciətlərin bağlanmasına cəmi 24 saat qalmış elana 18 mindən çox müraciət olub.
Goyal yenilənmiş yazısında bildirib: “Ümid edirəm ki, “işə qəbul olunmaq üçün şirkətə pul ödəmək” bu dünyada normaya çevrilməz – bu, xoş deyil”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























