MEDİA jurnalistlərin gəlirlərinin 75 faizinin vergidən azad edilməsi ilə bağlı qanun layihəsini şərh edib
Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən media islahatlarının əsas prioritetidir.
Bunu Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan qanun layihəsi barədə APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ilk dəfə olaraq, “media subyekti” və “jurnalist” terminlərinə anlayış verilib, bu fəaliyyətlə məşğul olan şəxslərin dairəsi dəqiqləşdirilib, nəticədə yaradılmış hüquqi əsas növbəti mərhələdə bu şəxslərin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün tədbirlərin görülməsinə zəmin yaradıb:
“Media fəaliyyəti ilə məşğul olan şəxslərə yönəlmiş islahatlar paketinin ilk tərkib hissəsi Azərbaycan Respublikası Prezidentinin ipoteka qanunvericiliyinə edilən dəyişiklikləri təsdiqləməsi və beləliklə, jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun verilməsi oldu.
Bundan sonra isə 13 may 2022-ci il tarixində kütləvi informasiya məhsulları, kitablar və dərsliklərin ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı ƏDV-dən azad edildi.
Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində növbəti prinsipial addım 2023-cü ilin yanvarın 1-dən ölkə mətbuatına vergi tətillərinin tətbiqi oldu. Belə ki, çap və onlayn media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən 3 il müddətinə azad olundu.
Müxtəlif görüşlər zamanı həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən jurnalistlər gəlir vergisinin tam həcmdə ödənilməsinin onlar üçün ağır olduğunu ifadə etməklə, bu istiqamətdə də dövlətin dəstəyinə ehtiyac duyduqlarını bildirirdilər.
Bu gün Vergi Məcəlləsinə təklif edilən dəyişiklik jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsini nəzərdə tutur.
Xüsusilə, 3 nəfər işçi tələbi nəzərdə tutulmadan həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin vergidən azad edilməsi təklifi müstəsna əhəmiyyət daşıyan bir nüansdır. Bu o deməkdir ki, layihə qəbul olunarsa, təqvim ili üzrə əldə etdiyi gəlirlərin həcmi xərclər nəzərə alınmadan 45000 manatadək olan jurnalist fəaliyyəti ilə məşğul hər bir şəxs bu fəaliyyətdən əldə edilən gəlirin vergisinin 75 faizindən azad olacaq”, - aparat rəhbəri vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 22 saat sonra
-
- 18 saat sonra
-
36 d. əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital-dan fərqli investisiya təcrübəsi – yeni veb “Trading Portal”
-
1 saat əvvəl
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
-
2 saat əvvəl
Reytinq agentliyi neftin qiymətinin daha da düşəcəyini gözləyir - PROQNOZLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Ən çox oxunanlar
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı
Bakı Limanı daha çox yük aşırıb
Avtobus marşrutları müsabiqəyə çıxarılır - SİYAHI
Noyabrın 14-də gözlənilən hava şəraiti
Wolt artıq Şəkidə!

















.jpg)


.jpg)
