Milli Observatoriya ötən il də zərərlə işləyib - ZİYAN ARTIB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü ili 3 milyon 78 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2022-ci ili 2 milyon 546 min manat zərərlə çıxmışdı.
Ötən il Milli Observatoriyanın xidmətlərin göstərilməsindən gəlirləri 2 min manat (əvvəlki ilə nisbətən 5 dəfə az), əmək haqqı və onunla bağlı xərcləri 2 miylon 555 min manat (20,5 % çox), köhnəlmə və amortizasiya xərcləri 58 min manat (2,2 dəfə çox), icarə öhdəlikləri üzrə xərcləri 348 min manat (0,3 % çox), inzibati xərcləri 120 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənati isə 1 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə Milli Observatoriyanın aktivləri 3 milyon 22 min manat olub ki, bu da illik müqayisədə 14,1 % çoxdur. Hesabat dövrünə qurumun öhdəlikləri 3,4 dəfə azalaraq 20 min manata düşüb, balans kapitalı isə 16,3 % artaraq 3 milyon 2 min manata çatıb.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli qərarı ilə onun Nizamnaməsi təsdiq edilib. Milli Observatoriya əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması ilə məşğul olan publik püquqi şəxsdir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















