Meta-nın mənfəəti üçüncü rübdə 35 faiz artıb
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin üçüncü rübündə 19 faiz, xalis mənfəəti isə 35 faiz artıb.ABŞ şirkəti, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan "Meta" bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 40,5 milyard dollar təşkil edib. Meta ötən ilin eyni dövründə 34,1 milyard dollar gəlir əldə etmişdi.
Bu dövrdə şirkətin gəliri bazar gözləntilərindən yüksək olub.
"Meta"nın xalis mənfəəti bu ilin üçüncü rübündə 35 faiz artaraq 15,6 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 11,5 milyard dollar mənfəət açıqlamışdı.
Şirkətin ötən ilin üçüncü rübündə 4,39 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 6,03 dollara yüksəlib.
Söz mövzusu dövrdə Meta-nın mənfəəti də bazar gözləntilərini üstələyib.
Şirkət ilin dördüncü rübündə 45-48 milyard dollar arasında gəlir gözlədiyini bildirib.
Meta-nın baş icraçı direktoru Mark Zukerberq şirkətin maliyyə nəticələrini dəyərləndirərkən, "Tətbiqlərimizdə və işimizdə süni intellektin inkişafı sayəsində yaxşı bir rüb keçirdik" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)







