Ziraat Bank Azərbaycanın İdarə Heyətinə yeni üzv təyin olunub
Dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub. Bu,
Bankın yaydığı məlumatda bildirilir ki, Ahmet Doğan artıq Ziraat Bank Azərbaycanın Kreditlərin Ayrılması və İdarə Edilməsi Qrupunu kurasiya edir.
Qeyd edilib ki, Ahmet Doğan T.C. Ziraat Bankasındakı əmək faəliyyətinə 2009-cu ildə Bahçekapı İstanbul Girişimci filialında kiçik mütəxəssis kimi başlayıb. Daha sonra ardıcıllıqla İkitelli İstanbul filialında menecer, Pərakəndə Kreditlərin Ayrılması və İdarə Edilməsi departamentində menecer, Pərakəndə Filial Bankçılığında menecer və müdir vəzifələrində fəaliyyət göstərdikdən sonra son olaraq Pərakəndə Portfelin İdarəsi departamentində müdir vəzifəsində fəaliyyətini davam etdirən Ahmet Doğan zəngin bank təcrübəsinə malikdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. sonra
-
18 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 19 d. əvvəl
-
-
26 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
32 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
44 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 48 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























