IBM üçüncü rübdə zərər edib
Amerikanın texnologiya şirkəti IBM-in gəliri bu ilin üçüncü rübündə 1 faiz artaraq 15 milyard dollara təşkil edib.Amerikanın texnologiya şirkəti IBM bu ilin üçüncü rübü üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, şirkətin bu ilin üçüncü rübündə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 15 milyard dollar təşkil edib. IBM ötən ilin eyni dövründə 14,8 milyard dollar gəlir əldə etmişdi.
Keçən ilin üçüncü rübündə 1,7 milyard dollar xalis mənfəət açıqlayan şirkət, bu ilin eyni dövründə 330 milyon dollar xalis zərər açıqlayıb.
Qurumun 2024-cü ilin üçüncü rübündə səhmbaşına 36 sent zərəri olub. IBM ötən ilin üçüncü rübündə hər səhmə görə 1,84 dollar mənfəət əldə etmişdi.
Sözügedən dövrdə şirkətin gəliri bazar proqnozundan aşağı olub.
IBM-in Baş İcraçı Direktoru (CEO) Arvind Krishna şirkətin balans hesabatını qiymətləndirərkən, süni intellektdə sürətlə inkişaf etməyə davam etdiklərini və şirkətin süni intellekt biznes portfelinin əvvəlki rüblə müqayisədə 1 milyard dollardan çox artaraq 3 milyard dolları aşdığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)





