Starbucks-ın qlobal satışları ardıcıl 3 rüb azalıb - BOYKOT MƏNFİ TƏSİR GÖSTƏRİR
ABŞ-ın qəhvə şəbəkəsi Starbucks-ın qlobal satışları iyul-sentyabr dövründə 7 faiz azalaraq, ardıcıl üçüncü rüb düşüb.
Sentyabrın 29-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində dördüncü rüb hesab edən qəhvəxana şəbəkəsi Starbucks, gələn həftə dərc olunacaq balans hesabatından əvvəl ilkin maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, Starbucks-ın qlobal şöbə satışları iyul-sentyabr dövründə 7 faiz azalıb.
Starbucks-ın səhmbaşına mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 80 sent təşkil edib.
Şirkətin tam 2024-cü maliyyə ilində satışları 2 faiz azalıb.
İsrailin Qəzzaya hücumları ilə əlaqədar olaraq etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri də Starbucks-dır. Boykot Starbucks-ın da maliyyə nəticələrinə mənfi təsir göstərib.
Qəhvəxana şəbəkəsi, boykot kampaniyalarının qismən Yaxın Şərqdəki şöbələrindəki satışlara mənfi təsir göstərdiyi üçün keçən ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu aşağı salmışdır.
Yanvar-mart dövründə şirkətin gəlirləri 2 faiz azaldığı halda, qlobal satışları 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk dəfə azalıb.
Starbucks, aprel-iyun dövründə qlobal satışlarının 3 faiz azaldığını bildirmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
1 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
-
1 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
2 saat əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
