Qlobal bankdan qızıl və gümüşün daha da bahalaşacağı proqnozu !
"Citi Research", ABŞ-ın əmək bazarında vəziyyətin pisləşməsini və ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini azaltmasını əsas gətirərək qızıl qiymətləri ilə bağlı üç aylıq proqnozunu artırıb.Aparıcı qlobal banklardan biri olan Citi qızıl və gümüşün qiymətləri üzrə proqnozlarını artırıb.
Marja.az xəbər verir ki, "Citi Research" qızıl qiymətləri ilə bağlı üç aylıq proqnozunu yüksəldib. Təşkilat buna ABŞ əmək bazarında mümkün pisləşmə, FED-in faiz dərəcələrini azaltmasını, fiziki və ETF alışlarını əsas gətirib.
Citi qızılın üç aylıq qiymət proqnozunu 2700 dollar/unsiyadan 2800 dollar/unsiyaya yüksəldib, 6-12 aylıq proqnozunu isə 3000 dollar olaraq açıqlayıb. Digər tərəfdən, gümüşün qiyməti ilə bağlı 6-12 aylıq proqnozunu bir unsiya üçün 38 dollardan 40 dollara yüksəldib.
"Qızıl və gümüş çox yaxşı performans göstərib. Yaxın Şərqdə gərginlik ilə əlaqədar olaraq neftin qiymətinin qalxması ssenarisində qızıl da bahalaşa bilər", - "Citi Research" qeyd edib.
Citi, platin üçün üç aylıq qiymət hədəfini unsiya üçün 1025 dollar və 6-12 aylıq hədəfini unsiya üçün 1100 dollar olaraq təyin edərək, neytral "öküz" mövqeyini qoruduğunu bildirib.
Bakı vaxtı ilə saat 12:56-da qlobal birjalarda qızıl 1736 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
13 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























