Açıq məkanda yerləşdirilən reklamlara birgə nəzarət olacaq - Memorandum imzalandı
Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb. Memorandumun imzalanmasında məqsəd Azərbaycan dilinin zənginliyinin və saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi və təşviqi, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsinə dair həll yollarının müzakirəsi, eləcə də qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində işlərin səmərəli və qarşılıqlı şəkildə təşkilidir.
Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb.
Sənədlərin imzalanmasından əvvəl hər iki Agentliyin rəhbərləri arasında görüş keçirilib.
Əqli Mülkiyyət Agentliyinin yaranması və fəaliyyətə başlaması ilə bağlı ətraflı məlumat verən K.İmanov əqli mülkiyyətin biliklərə əsaslanan fəaliyyət sahəsi olduğunu diqqətə çatdırıb və hazırda əqli mülkiyyət anlayışının daha geniş sahələri əhatə etdiyini vurğulayıb. O, Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin bir çox məqamlarda fəaliyyətlərin kəsişdiyini, bu səbəbdən hər iki dövlət qurumunun qarşılıqlı əməkdaşlığının ümumi işə böyük töhfələr verəcəyinə əminliyini bildirib.
Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov son vaxtlar açıq məkanlarda reklamların yerləşdirilməsi və bu sahədə həyata keçirdikləri tədbirlərdən danışıb. O, problemlərin həlli istiqamətində bütün səylərin birləşdirilərək qanunvericiliyin tələblərinə uyğun gördükləri işlər barədə məlumat verib.
Sonra Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu agentliklərin İdarə Heyətlərinin sədrləri Kamran İmanov və Fərhad Adıgözəlov imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd Azərbaycan dilinin zənginliyinin və saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi və təşviqi, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsinə dair həll yollarının müzakirəsi, eləcə də qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində işlərin səmərəli və qarşılıqlı şəkildə təşkilidir.
Birgə fəaliyyət nəticəsində açıq məkanda xarici dildə reklamı yayımlanan əmtəələrə aid reklam mətnləri ilə bağlı hüquq sahibləri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl olunub-olunmamasının müəyyən edilməsi həyata keçiriləcək, bu sahədə maarifləndirmə işləri aparılacaq.
Eyni zamanda qeydiyyata alınmış əmtəə nişanları və coğrafi göstəricilərlə təchiz edilmiş əmtəələrə aid açıq məkanda yerləşdirilən reklamlarda qanunvericilik aktlarının müddəalarına riayət olunmasına birgə nəzarət olunacaq. Müştərək fəaliyyət nəticəsində reklam subyektləri ilə görüşlərin təşkili, o cümlədən reklam sahəsində birgə təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
