Azərbaycan “TikTok” ilə bağlı gəlirlərdən vergi almağa hazırlaşır

Hazırda Azərbaycan “TikTok” platformasında məzmunun monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparır.
Bunu “Chain Reaction 2024” forumu çərçivəsində “Başlanğıcdan innovasiyaya. Kriptovalyuta bazarlarının yolu” adlı paneldə çıxışı zamanı “4SIM Azerbaijan” şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, "TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.
“TikTok” ilə danışıqların son mərhələdə olduğunu qeyd edən Fariz Cəfərov deyib: “Son illər Azərbaycan sahibkarları dəstəkləmək üçün lazımi alətlər və infrastruktur təmin etməklə milli biznesin rəqabət qabiliyyətinin artırılması və onun yeni səviyyəyə qaldırılması üzrə fəal şəkildə çalışır. Hökumət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bura təkcə kiçik və orta sahibkarlıq (KOB) üçün təlim və dəstək deyil, həm də effektiv rəqəmsal ekosistemin yaradılması daxildir. Bu sistemdə məlumat mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır”.
Onun sözlərinə görə, bu rəqəmsal transformasiyanın əsas elementi KYC (“Know Your Customer”) sistemi və rəqəmsal eyniləşdirmənin tətbiqi olub ki, bu da vətəndaşların və biznesin dövlətlə qarşılıqlı əlaqəsini sadələşdirir: “Azərbaycan artıq bu sahədə mühüm irəliləyiş əldə edib. rəqəmsal hökumət – “mygov”da hər bir vətəndaşın öz şəxsi hesabı var ki, bu da onlayn ödənişləri asanlaşdırır. Qanunvericiliyə edilən son dəyişikliklər rəqəmsal şəxsiyyət vəsiqəsi əsasında bank hesablarının açılmasını mümkün edir, habelə bu prosesi xeyli asanlaşdırır və sürətləndirir. Beş ildən artıqdır ki, hökumət vətəndaşların razılığı əsasında banklar və müəssisələrlə məlumat mübadiləsi aparır ki, bu da bank sektorunda innovasiyaları sürətləndirir. Artıq banklar yeni mobil həllər təklif edə, müştəri xidmətlərinin xərclərini 4 dəfə azalda bilər”.
F. Cəfərov qeyd edib ki, Azərbaycanda, həmçinin elektron tender və viza platformaları, eləcə də “fintech” sahəsində maliyyə həlləri fəal şəkildə inkişaf etdirilir, pərakəndə ticarət və KOM-lar üçün yeni imkanlar yaradılır.
“4SIM Azerbaijan” şirkətinin icraçı direktoru vurğulayıb: “Gələcəkdə 1200-dən çox kiçik və orta sahibkara ERP sistemlərinə və bulud həllərinə çıxışı təmin etməklə onlara kömək etmək planlaşdırılır ki, bu da biznesə həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda öz fəaliyyətlərini sürətlə rəqəmsallaşdırmağa və genişləndirməyə imkan verəcək”.
O əlavə edib ki, hökumət kriptovalyuta vasitəsilə qazananlar üçün yeni vergi qaydaları da hazırlayır.
© Azərtac, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 d. əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
24 d. əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
-
- 36 d. əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək
Ən çox oxunanlar

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
