"Manato"nun vəzifəli şəxsi cərimələndi
Mərkəzi Bank “SF Azerbaijan” BOKT MMC-nin (Manato brendi) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.
Qeyd edək ki, 2022-ci ilin sonuna olan məlumata görə, 2021-ci ildə yaradılmış “SF Azerbaijan” BOKT MMC-nin 100% payçısı "AS SUN FINANCE CENTRAL ASIA" olub.
Təşkilat Manato.az ilə sürətli, rahat və sərfəli olan qısamüddətli kreditlər təklif edir. Krediti almaq üçün girov, zamin və ya iş yerindən gəlir haqqında arayış tələb olunmur. Digər bənzər xidmət tədarükçülərindən fərqli olaraq, Manato.az kredit müddətinin uzadılması üçün ödəniş müqabilində kreditin ödənilməsi möhlətini təqdim edir. Bundan başqa, 30 günlük müddətə 50 AZN-dən 1500 AZN-dək istənilən məbləğdə kredit götürmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 50 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)
.jpg)







.jpg)






