Təkrar əkin qarğıdalı və şəkər çuğundurunun sığortası davam edir
Aqrar Sığorta Fondu artan aqrar riskləri nəzərə alaraq fermerləri gəlirlərini təminat altına almağa çağırırAqrar Sığorta Fondundan bildirilib ki, Azərbaycanda iqlim şərtlərinin yüksək məhsuldarlığa imkan verdiyi dənli bitkilərdən biri qarğıdalıdır. İldə iki dəfə məhsul verən bu bitkinin ölkəmizdə dənlik və yemlik-silosluq növü yetişdirilir. Ümumilikdə 28,6 min hektar ərazidə yerləşən dənlik qarğıdalı əkinlərinin 13,8 min hektarı, yəni 48 %-i Şəki-Zaqatala bölgəsinin payına düşür. 2023-cü ildə ölkəmizdə 189 min ton dənlik qarğıdalı yığılıb. Təkrar əkində əldə edilən məhsul isə 104 min ton olub. Qarğıdalı əkinlərində orta məhsuldarlıq hektara 66 sentner təşkil edir.
Yağ, un, konserv, şəkər, heyvan və quş yemi, hətta dərman vasitəsi kimi istifadə olunan qarğıdalı bitkisinin məhsuldarlığına və keyfiyyətinə çoxsaylı risklər təsir edir.
Xüsusilə son illər müşahidə olunan intensiv yağışlar, sel-subasma, güclü küləklər iqlim şərtlərinə həssas olan qarğıdalı əkinlərinə ciddi zərər vurur. Fermerlər qarğıdalı sahələrini Aqrar Sığorta Fondu vasitəsilə sığorta edə bilərlər. Sığorta haqqında 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkinlərini sığorta edə bilərlər.
Məsələn, qarğıdalının ən çox əkildiyi Şəki-Zaqatala regionunda 1000 manatlıq qarğıdalı məhsulunun sığortası 33,6 manatdır. Fermer bu məbləğin yarısını – təxminən 17 manatını ödəməklə öz məhsulunu çoxsaylı risklərdən sığortalaya bilir. Şirvan-Salyan regionunda bu məbləğ daha aşağıdır - 1000 manatlıq qarğıdalını sığortalamaq fermerə cəmi 7 manata başa gəlir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən fermerlər arasında ən böyük sığorta ödənişi də məhz qarğıdalı əkinlərinə dəyən zərərə görə olub. 2023-cü ildə Zaqatalanın Qazma kəndində qarğıdalı sahəsinə dolunun vurduğu zərərə görə fermerə 88 min manat ödəniş edilib.
2024-cü ildə də Aqrar Sığorta Fonduna müraciətlər arasında qarğıdalı sahələrinə üzrə zərərlər üstünlük təşkil edir.
Fermerlər təkrar qarğıdalı əkinlərinin sığortası üçün avqust ayının sonuna qədər Aqrar Sığorta Fonduna müraciət edərək sərfəli şərtlərlə öz məhsullarını sığortalaya bilərlər.
Avqust ayında sığortası davam edən digər məhsul şəkər çuğundurudur. Azərbaycanda şəkər istehsalında istifadə olunan yeganə bitki olan şəkər çuğunduru 4 534 hektar ərazilə əkilir. Çuğundur sahələrinin böyük hissəsi Qazax-Tovuz və Şirvan-Salyan bölgəsindədir. Rəsmi statistikaya görə keçən il ölkəmizdə 216 min ton şəkər çuğunduru yığılıb. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 482 sentner, bəzi rayonlarda 500-580 sentnerdir.
Şəkər çuğunduru sahələrinin dörddə biri (1099 ha), ümumi məhsulun isə 35 %-i (74 min ton) Tovuz rayonunun payına düşür. Hacıqabul, Şəmkir, Füzuli, Yevlax, Şamaxı, Biləsuvar, Ağstafa da şəkər çuğunduru istehsalına görə fərqlənir.
Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər öz məhsullarını qeyri-sabit hava şəraitindən və digər risklərdən qorumaq üçün avqust ayının sonuna qədər Aqrar Sığorta Fonduna müraciət edə bilərlər.
Belə ki, Qazax-Tovuz regionunda 1000 manatlıq şəkər çuğundurunun sığortası 70 manat təşkil edir, fermerlər bu məbləğin yarısını - 35 manatını ödəməklə məhsulu sığortalaya bilirlər. Hacıqabul rayonunda isə 1000 manatlıq şəkər çuğundurunun sığorta haqqı 22,8 manatdır, fermerlər 50%-lik dövlət güzəştindən istifadə etməklə, bu məbləğin yarısını – təxminən 11 manatını ödəyərək məhsulunu sığortalaya bilir, məbləğin qalan hissəsi dövlət tərəfindən qarşılanır.
Fondun www.asf.gov.az rəsmi vebsaytında Sığorta kalkulyatorları bölməsində sığortalamaq istədikləri məhsulu, rayonu seçib orta məhsuldarlığa əsasən ödəniləcək məbləği də hesablamaq mümkündür.
Aqrar Sığorta Fondu son illər artan iqlim dəyşikliklərini, sel-subasma hallarını, aqrar riskləri nəzərə alaraq fermerlərə öz təsərrüfatlarını vaxtında sığortalamağı və dövlətin yaratdığı imkanından istifadə etməyi tövsiyə edir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)










