Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil etmişdir.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 280 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 168 milyon manatı POS-terminallar, 9.4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 19.4% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







