Azərbaycanın mebel şirkətinin gəlirləri 14 dəfəyə yaxın artıb
"Savalan" ASC 2023-ci ili 170 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 127 min manat xalis mənfəət ilə bağlamışdı. Diqqəti cəlb edən, ötən il "Savalan" ASC-nin daha çox icarədən deyil, satışdan gəlir əldə etməsidir.
Marja.az xəbər verir ki, "Savalan" ASC-nin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2022-ci ildə 51 min manat ikən, 2023-ci ildə 703 min manata yüksəlib. Beləliklə, ötən il Şirkətin satışdan gəliri 14 dəfəyə yaxın və ya 652 min manat artıb. Satışın maya dəyəri isə 2022-ci ildəki 431 min manatdan 2023-cü ildə 466 min manata yüksəlib (35 min manat artıb).
2022-ci ildə ildə "Savalan" ASC daşınmaz əmlakın icarəsindən 563 min manat da gəlir əldə etmişdi. 2023-cü ildə Şirkətin bu bənd üzrə gəliri olmayıb.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2023-cü il tarixində "Savalan" ASC 1 milyon 960 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 1 milyon 781 min manat cəmi aktivlərə malik idi.
1998-ci ildə dövlət qeydiyyatına alınmış və 2 milyon 416 min 824 manat nizamnamə kapitalına malik olan "Savalan" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci önünə, ev 19-dur.
Qeyd edək ki, keçmiş “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olan Bakı şəhəri, Nizami rayonu, 1-ci Önünə küçəsi, 19 ünvanında yerləşən Bakı “Savalan” mebel fabrikinin əsasında “Savalan” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
15 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı


























