“Fitch” SOCAR-ın reytinqi ilə bağlı proqnozunu yüksəldib
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) və yüksək təminatsız reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.
Bu barədə agentlik məlumat yayıb.
Məlumatı görə, uzunmüddətli IDR üzrə proqnoz “stabil”dir. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.
SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın (BBB-/stabil) reytinqi ilə bərabərləşdirilib. Bu, şirkətə maliyyə zəmanətləri, nağd töhfələr və kapital qoyuluşları formasında dövlət dəstəyi, eləcə də SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti ilə əsaslandırılır.
“Biz SOCAR-ın müstəqil kredit qabiliyyətini “bb-“ səviyyəsində qiymətləndiririk ki, bu da onun orta həcmli neft və qaz hasilatını, güclü maliyyə profilini və korporativ idarəetmə məhdudiyyətlərini əks etdirir”, - “Fitch”in məlumatınaa qeyd olunub.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı


























