Volqa-Xəzər kanalında yükboşaltma kanalı tikiləcək
Rusiyanın “Rosmorport” dövlət müəssisəsi “Rosmorreçflot”un dəstəyi ilə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının ən çətin hissəsini – “Böyük döngə”ni 2027-ci ilin sonuna qədər yenidən quracaq.
Bu barədə “Rosmorport”un tikinti üzrə baş direktorunun müavini Vladimir Abornev Həştərxanda Dəniz Fəaliyyəti Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, həmin hissədə “uzunburunlu” gəmilərin keçməsi üçün yükboşaltma kanalı tikiləcək:
“Volqa-Xəzər kanalının ən çətin yeri 150-152-ci kilometrindəki “Böyük döngə” adlanan hissədir. Buranı yenidən quracaq və yükboşaltma kanalına çevirəcəyik. Bu, “uzunburunlu” gəmilərin keçməsini asanlaşdıracaq. Biz qoruyucu qurğuların tikintisini də davam etdirəcəyik: daha 5 kilometr uzunluğunda bir hissə yaratmağı planlaşdırırıq. Layihə sənədlərinin hazırlanmasını nəzərə alaraq, biz bu işləri 2027-ci ildə başa çatdırmağı gözləyirik”.
Qeyd edək ki, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı Volqa çayının deltalarından birinin qolu olan Baxtemir çayının dərinsulu hissələrindən birini və Xəzər dənizinin dərinsulu hissəsi ilə Volqa deltasının azsulu hissəsini birləşdirir. Kanal hər il dərinləşdirilir və bu da Xəzər dənizi üzərindən daşıma qabiliyyəti daha böyük olan müasir gəmilərdən istifadə etməyə imkan verib. Nəticədə 2023-cü ildə dəniz limanlarının yük dövriyyəsi 4,5 milyon ton olub və 2022-ci ilin göstəriciləri ilə müqayisədə yükdaşımaların həcmi 51 % artıb. 2024-cü ilin 6 ayı ərzində Olya və Həştərxan dəniz limanlarının yükdaşıma dövriyyəsi 2,8 milyon ton təşkil edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50 % çoxdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 24 d. sonra
-
-
13 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında





















