Aqrar sığorta üzrə ilk qadın ekspert fəaliyyətə başlayıb
Pərvanə Əsədova ölkəmizdə ilk müstəqil aqrar sığorta eksperti oldu.Son illər müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar, sel-subasma, dolu və sair hallar kənd təsərrüfatına da xeyli zərər vurur. Fermerlərin zərərlərini qarşılamaq, davamlı fəaliyyətini təmin etmək məqsədilə yaradılmış Aqrar Sığorta Fondu bu işdə müstəqil aqrar sığorta ekspertlərinin xidmətindən istifadə edir.
Qanunvericiliyə əsasən 70-dən artıq ixtisas sahibi Aqrar Sığorta Fondunun təlimlərində iştirak etdikdən sonra Dövlət İmtahan Mərkəzində təşkil olunan imtahandan keçərək aqrar sığorta eksperti kimi fəaliyyətə başlaya bilər.
Hazırda müvafiq prosedurları tamamlayaraq sertifikat əldə edən onlarla mütəxəssis aqrar sığorta eksperti kimi Fondla əməkdaşlıq edir.
Son vaxtlar aqrar sığortaya inamın artması, təsərrüfatların sığortalanması zərurətinin yaranması ilə müstəqil aqrar sığorta ekspertlərinin işinə də tələbat artıb.
Yerli və xarici ekspertlərin təcrübəsini mənimsəyərək bu sahədə fəaliyyət göstərən ekspertlər arasında artıq qadın mütəxəssis də var.
Aqrar Sığorta Fondunun təlimlərində iştirak edərək sertifikat almış Pərvanə Əsədova ölkəmizdə ilk müstəqil aqrar sığorta eksperti sayılır.
Bitkiçilik sahəsində fəaliyyət göstərən xanım ekspert qısa müddətdə ölkənin çoxsaylı rayonlarına ezam olunaraq taxıl, qarğıdalı sahələrinə, meyvə bağlarına baxış keçirərək fermerlərə dəymiş zərərləri hesablayıb.
İlk qadın aqrar sığorta eksperti hesab edir ki, bu sahə sərbəst iş rejimi, iş saatlarının planlaşdırılması və qazanc baxımından qadınlara daha uyğundur. O müvafiq ixtisas sahibi olan qadınlara özlərini bu sahədə sınamağı tövsiyə edib: "Aqrar sığorta sahəsi olduqca faydalı və maraqlıdır. Fermerlərə dəyən zərərin hesablanması və ona uyğun ödənişin edilməsi aqrar sahəyə böyük dəstəkdir. Eyni zamanda bu xanım mütəxəsislərin sərbəst iş rejimində işləyərək yüksək gəlir əldə etməsinə imkan yaradır".
Qeyd edək ki, son vaxtlar kənd təsərrüfatı sahəsində hadisələrin çoxalması sərbəst qrafiklə işləyən aqrar sığorta ekspertlərinin işlərinin və gəlirlərinin artmasına səbəb olub.
Hazırda Aqrar Sığorta Fondunun təlimlərinə qatılan qadın ekspertlərin sayı artmaqdadır. Artıq 10-a yaxın xanım ekspert imtahanı uğurla verərək müstəqil ekspert sertifikatı alıb və yaxın vaxtlarda müstəqil sığorta eksperti kimi fəaliyyətə başlayacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)














