Sement istehsalçısı “Norm” şirkəti gəlirini və mənfəətini açıqladı
“Norm” ASC-nin 2023-cü il üzrə maliyyə göstəriciləri yüksəlib.“Norm” ASC 2023-ci ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı dərc edib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, “Norm” ASC-nin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib.
Belə ki, “Norm” ASC-də satış gəliri 11% artaraq 226 milyon manat təşkil edib, ümumi mənfəət isə 21,1% artaraq 109 milyon manata çatıb.
Əməliyyat mənfəəti 8,1 milyon manat, yəni 14,6% artaraq 63,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 31% artaraq 66,8 milyon manata yüksəlib.
“Norm” ASC-nin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib ki, şirkət 2023-cü ildə fəaliyyətini uğurla davam etdirib və həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, şirkət ötən il yüksək məbləğdə - 14 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyən müəssələrindən biri olub.
Şirkətin Baş İcraçı Direktoru Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “Biz hal-hazırda tikinti materialları seqmentində genişlənməyi hədəfləyirik və beynəlxalq konsultantlarla bu layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanır. Həmçinin, şirkətimiz bu il Azərbaycan Sement İstehsalçıları Assosiyasının üzvləri ilə “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub. Assosiasiya üzvləri və Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) ilə birlikdə Azərbaycanın sement və beton sənayesində karbon emissiyalarının azaldılmasına dair Xalis Sıfır Yol Xəritəsinin hazırlanması istiqamətində aktiv işləyirik. Hədəfimiz Yol Xəritəsini yekunlaşdırıb, COP29 tədbirində ictimaiyyətə təqdim etməkdir”.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı



























