“Geoplin” SOCAR ilə uzunmüddətli əməkdaşlığa ümid edir
Sloveniyanın ən böyük təbii qaz tədarükçüsü olan “Geoplin” şirkəti "mavi" yanacağın tədarükü sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə uzunmüddətli əməkdaşlığa ümid edir.
Bu barədə 2024-cü il avqustun 1-də SOCAR ilə qaz tədarükünə dair ilk dəfə müqavilə bağlayan "Geoplin" şirkətindən məlumat verilib.
Şirkətdən bildiriblər ki, Azərbaycan qazının tədarük həcmi və vaxtı ilə bağlı sövdələşmənin təfərrüatlarını açıqlaya bilmirlər.
“Azərbaycan qazının Sloveniyaya tədarükü ilə bağlı məlumatların məxfiliyi SOCAR ilə razılaşdırılıb. Təəssüf ki, biz imzalanmış sazişlə bağlı press-relizdə dərc olunanlardan başqa, əməliyyatın xüsusiyyətləri ilə bağlı təfərrüatları açıqlamamağa məcburuq”, - Sloveniya şirkətindən qeyd edilib.
Məlumata görə, saziş iki şirkət arasında uzunmüddətli əlaqələrin qurulması üçün əsas sayıla bilər.
SOCAR-da hesab edirlər ki, bu, Avropa ölkələri ilə qaz sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açan vacib sazişdir. Tədarük həcmi isə şirkətin imkanlarından və tədarük edilə bilən sərbəst həcmlərin mövcudluğundan asılı olacaq.
Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyi də Azərbaycanla imzalanmış sazişin təfərrüatlarını açıqlamaqdan imtina edib.
“Forbes” nəşri Azərbaycan qazının Sloveniya bazarına nəqli marşrutunun xəritəsini dərc edib. Bu marşrut Trans-Adriatik qaz kəmərinin Albaniyadakı hissəsindən keçməlidir. Nəşr, həmçinin tədarük həcmlərinin kiçik olacağını və sazişin qısa zaman kəsiyini əhatə edəcəyini ehtimal edir.
İtaliya, Xorvatiya, Avstriya və Macarıstanla həmsərhəd olan və 2,1 milyon əhaliyə malik Sloveniya uzun müddət Rusiya qazının idxalına arxalanıb. 2020-ci ildə Sloveniyaya idxal edilən təbii qazın 81 %-i Rusiyanın payına düşüb.
İndi Sloveniya Azərbaycan qazının Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyadan sonra tədarük edildiyi doqquzuncu ölkədir. Hətta ilkin mərhələdə tədarükün həcmi kiçik olsa belə, SOCAR ilə müqavilə imzalamaqla Sloveniya qarşıdan gələn qış mövsümündə artan tələbat və fors-major hallarda Azərbaycanın qaz tədarükü ilə bağlı dəstəyini rəsmi şəkildə təmin edib.
Məlum olduğu kimi, Rusiya 2022-ci ildən etibarən boru kəmərləri ilə Avropaya qaz tranzitini xeyli azaldıb, lakin Avstriya, Macarıstan və Slovakiya kimi ölkələr Rusiya idxalından son dərəcə asılı olaraq qalır. Rusiya qazının Ukrayna ərazisindən tranziti 2025-ci il yanvarın 1-dən dayandırılarsa, sözügedən ölkələr çətin vəziyyətə düşə bilər. Sloveniya isə artıq Azərbaycan qazı hesabına özünü fors-major hallardan sığortalayıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






