İyul ayında Türkiyənin xarici ticarət kəsiri 42%-dən çox azalıb
Türkiyə Ticarət Nazirliyinin məlumatlarına görə, iyul ayında ölkənin xarici ticarət kəsiri illik müqayisədə 42,3% azalaraq 7,2 milyard dollar olub.
Marja xəbər verir ki, 2023-cü ilin iyul ayında 12,5 milyard dollarlıq xarici ticarət kəsiri qeydə alınmışdı.
2023-cü ilin iyul ayında 19,8 milyard dollar olan ixrac, 2024-cü ilin iyul ayında 13,8% artaraq 22,5 milyard dollara çatıb. İlk 7 ayda mal ixracında 5,9 milyard dollar xalis artım əldə edilib. İdxal 2024-cü ilin iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 2,6 milyard dollar azalaraq 29,7 milyard dollar təşkil edib.
İlk yeddi ayda ixrac 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 148 milyard 789 milyon dollara çatıb. 2024-cü ilin 7 ayında idxal ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 azalaraq 198 milyard 616 milyon dollara geriləyib. İlk 7 ayda mal idxalında 18,1 milyard dollar azalma olub.
2024-cü ilin 7 ayında xarici ticarət kəsiri 32,5 faiz azalaraq 49,8 milyard dollara düşüb. 2023-cü ilin 7 ayında xarici ticarət kəsiri 73,9 milyard dollar səviyyəsində idi. Beləliklə, ilk 7 ayda xarici ticarət kəsiri 24 milyard dollar azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
29 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 34 d. əvvəl
-
51 d. əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
-
2 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
2 saat əvvəl
"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
-
2 saat əvvəl
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 4-də gözlənilən hava şəraiti
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Rəsmi məzənnələr açıqlandı




























