Pambıq təsərrüfatınıza Avropa gücü gəlir!
(®) Saatlıda qlobal və yerli bazarda öz üstünlüyü ilə seçilən italiyan brendi “Landini” markasının yeni “Super DT 110 HC” versiyasının təqdimatı həyata keçirilib.
Təqdimatda qeyd olunub ki, sadə dizaynı və mükəmməl performansı ilə fərqlənən yeni model traktorun yerdən oxa qədər olan hündürlüyü və təkərlərinin eyni ölçüdə olması ilə seçilir. Yerdən oxa qədər olan hündürlük bitkinin becərilməsində, onun vegetasiya dövrü ərzində zərərverici və xəstəliklərlə mübarizəsində, təkərlərinin eyni ölçüdə olması isə bitkinin tələb etdiyi kultivasiya və kök gübrələnmə zamanı aqrotexniki xidmətlərin daha rahat həyata keçirilməsində xüsusi rol oynayır.
“Prior Leasing” şirkətinin baş direktor müavini Fərrux Süleymanov açıqlamasında bildirib ki, “Landini Super DT 110 HC” modeli əlavə olaraq çəkisi, ön yükləri və yüklqaldırma qabiliyyəti, 4X4 təkər formulu ilə sinfinin təkrarolunmazıdır: “Bu xüsusiyyətlər traktora daha irihəcmli dərmanlama və kultivasiya aqreqatlarını işlədə bilməsinə imkan yaradır. “Super DT 110 HC” həmçinin kriper mexanizmi ilə də təchiz olunmuşdur. Bu da texnikanın aşağı sürətlərdə gücünün maksimum dərəcədə istifadəsini təmin edir.”
Tədbir rəsmi təqdimat hissəsindən sonra açıq sahədə “Landini Super DT 110 HC” traktorunun işləmə prinsipinincanlı nümayişi ilə davam edib.
Onu da qeyd edək ki, “Landini Super DT 110 HC”modelini 40 faiz dövlət subsidiyası, faizsiz və sərfəli lizinq şərtləri ilə “Prior Leasing”dən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 46 d. sonra
-
4 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 5 d. əvvəl
-
-
12 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
18 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
30 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 34 d. əvvəl
-
49 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























