Fitch Ukraynanın reytinqini “C” səviyyəsinə endirib
Beynəlxalq reytinq agentliyi Fitch Ratings Ukraynanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (Issuer Default Rating - IDR) “CC” səviyyəsindən “C” səviyyəsinə endirib.
Marja xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunmuş məlumatda deyilir.
Qeyd olunub ki, “Fitch” adətən “CCC+” səviyyəsindən aşağı xarici valyutada uzunmüddətli emitent defolt reytinqini olan ölkələr üçün proqnoz vermir. Eyni zamanda, Ukraynanın milli valyutada uzunmüddətli İDR-i “CCC-” səviyyəsində saxlanılıb, hər iki valyutada qısamüddətli İDR “C” səviyyəsində təsdiqlənib.
“Fitch” qeyd edib ki, Ukraynanın reytinqinin aşağı salınması, agentliyin, Ukrayna hökuməti ilə bəzi avrobond sahibləri arasında xarici borcun restrukturizasiyası şərtləri haqqında iyulun 22-də əldə olunmuş prinsipial razılaşma barədə fikrini əks etdirir. Bu, defolta bənzər bir prosesin başlanğıcıdır.
İyulun 22-də Ukraynanın baş naziri Denis Şmıxal bəyan edib ki, ölkə rəhbərliyi xarici borcun restrukturizasiyası ilə bağlı Ukraynanın Avrobond Sahibləri Komitəsi ilə “prinsipial razılaşmalar” əldə edib. Onun sözlərinə görə, bu, Kiyevə yaxın üç il ərzində xarici borcun xidmətinə 11,4 milyard dollara, 2033-cü ilə qədər isə 22,75 milyard dollara qənaət etməyə imkan verəcək.
Bundan əvvəl Ali Rada Ukrayna Nazirlər Kabinetinə kreditorlarla restrukturizasiyaya dair razılaşma əldə olunana qədər xarici borc üzrə ödənişləri dayandırmağa icazə verib və moratorium üçün son tarix kimi oktyabrın 1-i təyin edib. Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pydlasinin sözlərinə görə, avrobond emissiyalarından biri üzrə kupon ödənişləri üçün son tarix gələn avqustun 10-dək restrukturizasiya ilə bağlı razılaşma əldə olunmasa, bu tədbirə ehtiyac olacaq. İyulun əvvəlində Radanın üzvü Nina Yuzhanyna bəyan edib ki, Ukrayna faktiki olaraq artıq defolt vəziyyətindədir, lakin de-yure rəsmiləşənə qədər ölkə hakimiyyəti xarici borcun restrukturizasiyası ilə bağlı kreditorlarla danışıqları davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
26 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 49 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)











