Azərbaycandakı bankların kreditlər üzrə faiz gəlirləri artıb - 6 AYDA 1,5 MİLYARD MANAT QAZANC
2024-cü ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycandakı banklar kreditlər üzrə 1 milyard 508 milyon 767 min manat məbləğində faiz gəlirləri əldə ediblər.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
2023-cü ilin ilk 6 ayı ərzində banklar kreditlər üzrə 1 milyard 234 milyon 685 min manat məbləğində faiz gəlirləri əldə etmişdilər. Beləliklə, bankların kreditlər üzrə faiz gəlirləri 2024-cü ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 274 milyon 82 min manat və ya 22,2% artıb.
2024-cü ilin ilk 6 ayı ərzində bankların cəmi faiz gəlirləri 1 milyard 962 milyon 878 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 294 milyon 174 min manat və ya 17,6% çoxdur.
Xəbər verdiyimiz kimi, 2024-cü ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycandakı banklar depozitlər üzrə 407 milyon manat məbləğində faizlər ödəyiblər. 2023-cü ilin ilk 6 ayı ərzində banklar depozitlər üzrə 288,5 milyon manat məbləğində faizlər ödəmişdilər. Beləliklə, bankların depozitlər üzrə faiz xərcləri 2024-cü ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 118,5 milyon manat və ya 41% artıb.
Həmçinin oxu
Azərbaycanda işçilər üçün ilk Fintech kartıO cümlədən, cari ilin ilk 6 ayı ərzində banklar tərəfindən müddətli depozitlər üzrə 350,4 milyon manatlıq faizlər ötənilib. Ötən ilin eyni dövründə bankların müddətli depozitlər üzrə faiz xərcləri 239,1 milyon manat təşkil etmişdi (111,3 milyon manat və ya 46,5% artıb).
2024-cü ilin ilk 6 ayı ərzində bankların faizlər və onlar ilə bağlı cəmi xərcləri 551,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 146,4 milyon manat və ya 36,1% çoxdur.
Bank sektorunun mənfəət və zərər haqqında hesabatı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"



























