ABB səhmlərinə abunə yazılışı prosesinə digər banklar da qoşulacaq
ABB səhmlərini başqa banklardan da sifariş vermək mümkün olacaq3 iyul 2024 il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında onlayn görüş keçirilmişdir.
Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, görüşdə Mərkəzi Bankın “2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası”nda kapital bazarları üzrə müəyyən edilmiş istiqamətlər, bankların kapital bazarlarında iştirakı ilə bağlı aktual məsələlər və bu istiqamətdə kapital bazarının əsas infrastruktur qurumları olan Bakı Fond Birjası və Milli Depozit Mərkəzində əməliyyat sistemlərinin modernizasiyası, investorların bazara çıxışının təkmilləşdirilməsi və rəqəmsallaşma kimi əsas prioritetlər müzakirə edilmişdir.
Görüşdə, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) səhmlərinin kütləvi təklifi ilə də bağlı müzakirələr aparılmışdır. Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi, abunə yazılışına investorların böyük maraq göstərməsi, həmçinin rəqəmsallaşma və infrastruktur qurumların sistemlərinə çıxışın təmin olunması nəticəsində geniş investor kütləsini əhatə etməsi məsələləri haqqında fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, artıq ötən aydan başlayan abunə yazılışı prosesinə ABB və "ABB – İnvest” investisiya şirkəti ilə yanaşı, digər investisiya şirkətləri də qoşulmuşdur.
Eyni zamanda, abunə yazılışı prosesinə bankların da qoşulması məsələsi müzakirə edilmişdir. Bankların prosesdə iştirakının investorlar üçün səhmlərin alışını daha əlçatan etməklə səhm bazarında geniş fərdi investor kütləsinin formalaşmasına imkan verəcəyi vurğulanmışdır. Görüşdə iştirak edən bank sədrləri də müvafiq hazırlıq işləri tamamlandıqdan sonra bankların prosesə qoşulacağını bildirmişlər.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















