"Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək"
Azərbaycan silaha olan tələbatını azı 70 faiz yerli istehsal hesabına təmin edə bilirİyunun 25-də - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibə verib.
Marja xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov antiterror əməliyyatlarından danışarkən deyib:
"Cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyini yaradanda çox böyük uzaqgörənliyi indi təsdiqini tapır. İndi dünyada sursat almaq üçün növbəyə durmaq lazımdır. Təəssüflər olsun ki, bütün dünya silahlanır. Əgər biz indiki vəziyyətlə beş il bundan qabağı müqayisə etsək, tam fərqli vəziyyət görərik. Ona görə artıq biz bu ərəfəyə hazırlıqlı gəlmişik. Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək. Bizim məqsədimiz ondan ibarətdir ki, bunu daha da yüksək səviyyəyə qaldıraq. Burada söhbət atıcı silahlardan gedir. İndi də biz qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək. Mən sizi əmin edim ki, cənab Prezidentin hər bir sözünün arxasında iş durur və bu istiqamətdə də böyük işlər gedir. Azərbaycan qarşısında elə məsələlər qoyulub ki, sevindirici haldır, inşallah, biz ona da nail olacağıq, özümüzü ən müasir silah, texnika və sursatla təmin edəcəyik. Qardaş Türkiyənin imkanlarından istifadə edəcəyik və birgə istehsal həyata keçirəcəyik"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
12 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
14 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti







.jpg)

















