Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dolların major valyutalar qarşısında ucuzlaşdığı gərgin həftənin son ticarət günündə ABŞ-da əmək bazarı, xüsusilə də “NFP” hesabatı açıqlanacaq.
Cümə axşamı ABŞ-da FED-in monetar siyatəsinə ciddi təsir edən ən əhəmiyyətli göstəricilərdən biri olan İşsizlik Müavinəti üçün Müraciətlərinin Sayı, əvvəlki həftə olduğu kimi yenə də proqnozların üzərində dərc olundu. Hesabata görə ölkədə İlk dəfə İşsizlik Müavinəti üçün Müraciət Edənlərin Sayı 1 iyunda bitən həftədə əvvəlki həftə ilə müqayisədə 8 min nəfər artaraq 229 minə çatıb.
Dünən həmçinin, ABŞ Ticarət Nazirliyi aprel ayı üçün Ticarət Saldosu məlumatlarını açıqlayıb. Hesabata görə ölkənin xarici ticarət kəsiri aprel ayında bir əvvəlki ayla müqayisədə 8.7% artaraq 74.6 milyard dollara çatıb.
Qeyd edək ki, ABŞ-ın 2022-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çatan xarici ticarət kəsiri mart ayında 68.6 milyard dollar olaraq hesablanmışdı.
Bugün isə Amerikada Orta Saatlıq Gəlirlər (aylıq və illik müqayisədə), Ümumi İşsizlik Səviyyəsi, Qeyri-kənd təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) kimi çox önəmli iqtisadi göstəricilər dərc olunacaq.
FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda, ABŞ-da ötən ay ilə müqayisədə məşğulluğun artması və işsizlik səviyyəsinin isə dəyişməz qalması proqnozlaşdırılır. Belə ki, ötən ay məşğulluğun 175000 nəfər artdığı açıqlanmışdısa, bugün dərc olunacaq göstəricinin 186000 olacağı ehtimal olunur. Qeyri-kənd təsərrüfatında yeni açılacaq işyerlərinin sayının baza həddi hesab edilən 200000-nin üzərindəki mövqeyini qoruya bilməməsi ehtimalı ölkə iqtisadiyyatı üçün mənfi hal kimi qarşılana bilər. "NFP"-nin artım dinamikasının zəifləməsi ehtimalları, sərt monetar siyasətin fəsadlarının əmək bazarında hiss edilməyə başlandığını göstərir. Bu isə, birjaları dilemma qarşısında qoya bilər. Çünki azalmaq bilməyən yapışqan inflyasiya səbəbilə faiz dərəcələrini endirə bilməyən FED, uçot dərəcələrini uzun müddət yüksək saxlamaqla isə iqtisadi inkişaf templərini və əmək bazarındakı əhval ruhiyyəni risk altına alır.
İşsizlik səviyyəsi göstəricisinin isə əvvəlki ayla müqayisədə dəyişməyəcəyi proqnozlaşdırılır. Bu da investorlar tərəfindən ümumilikdə ABŞ iqtisadiyyatı üçün müsbət hal kimi dəyərləndirilə bilər. Qeyd edək ki, aprel ayı üçün bu göstərici 3.9% açıqlanmışdı. May ayında da işsizlik səviyyəsinin 3.9% olaraq açıqlanacağı ehtimal edilir. Orta saatlıq əmək haqlarının aylıq müqayisədə 0.3% artımla açıqlanacağı ehtimal olunur. İllik müqayisədə isə orta saatlıq əmək haqlarında isə ötən ay olduğu kimi 3.9%-lik artım olacağı proqnozlaşdırılır. Əmək haqlarında artım dinamikasının zəifləməsi, FED-in inflyasiya hədəflərinə çatması üçün monetar siyasətlə bağlı qərarlarına da təsir göstərə bilər. Hazırkı iqtisadi reallıqlar nəzərə alınaraq analitiklər FED-in sentyabr toplantısında uçot dərəcələrini azaltmağa başlayacağını proqnozlaşdırırlar.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
58 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
























