Azərbaycanın tank-konteyner şirkəti sərgidə iştirak edəcək - MÜSAHİBƏ
"Kricon Baku" MMC-nin baş direktoru Fərman İmamquliyev və “Kricon Baku” MMC-nin kommersiya direktoru İlkin Şərifov ilə müsahibə
-Əsas fəaliyyətiniz haqqında məlumat verərdiz?
- Bildiyiniz kimi, “Kricon Baku” MMC Azərbaycan-Niderland birgə müəssisəsidir. Şirkət yarandığı vaxtdan bəri aktiv şəkildə daşımalarla məşğul olur. Bizim əsas fəaliyyət sahəmiz holdinqin balansında olan 1800-ə yaxın ISO tank-konteynerlər vasitəsilə müxtəlif maye yüklərin daşınmasıdır. Bakı ofisi, ərazi olaraq, Azərbaycan, Gürcüstan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanda fəaliyyət göstərir. Bundan başqa, bizim Niderland (baş ofis), Almaniya, Estoniya, Litva, Polşa və Türkiyə ofislərimiz də var. Daşıdığımız məhsullar əsasən neft-kimya və maye qaz məhsullarıdır.
![]()
- Hansı növ xidmətlər təqdim edirsiniz və Azərbaycan üçün nisbətən yeni olan bu sahəni inkişaf etdirmək nə dərəcədə çətindir?
- Azərbaycanda maye yüklərin daşınması üçün hələ də plastik IBC tanklardan və çəlləklərdən istifadə olunur. Eyni adda olan məhsulların daşınması dünya təcrübəsində çox sürətli şəkildə tank-konteyner və ya flexibag xidmətinə keçid edir. Plastik və dəmir taralarda daşınmaların 2 əsas problemi var:
1) həmin taralar (IBC və ya çəllək) məhsuldan əlavə olaraq ödəniş edilib alınmalıdır ki, bu da malın dəyərini artırır;
2) boşalmış, yenidən istifadəsi nəzərdə tutulmayan və ya istifadəyə yararsız taralar utilizasiya olunmalıdır ki, bu da ekoloji yüklülüyü artırır. Bizim tank-konteynerlərdə maye məhsullarının toplu şəkildə (bulk) daşınmasından əlavə məhsullar həm də tankların içində uzun müddət saxlana bilər. Bundan başqa, bizim balansda TwinPod konteynerlər də var ki, bu tank-konteynerlərdə 2 ayrı adda olan məhsullar da daşına bilər.
![]()
- Qida məhsullarının daşınmasında hansı fəaliyyətiniz var?
- Kricon-un Almaniya ofisi bizim flexibag fəaliyyətimizin əsas mərkəzidir. Flexibag – birdəfəlik istifadə olunmaq şərti ilə - standard 20-futluq konteynerin içinə bərkidilən polietelien tərkibli şar şəkilli taradır. Flexibag vasitəsilə biz təhlükəlilik dərəcəsi olmayan istənilən maye məhsulu daşıya bilirik. Bu həm qida yağları, həm texniki yağlar, meyvə suları, meyvə konsentratı və s. məhsullar ola bilər.
![]()
- Maye yüklərindən başqa digər yüklərin daşınması ilə də məşğul olursunuz?
- “Kricon Group” olaraq balansımızda həmçinin standard 20 futluq və 40 futluq konteynerlərimiz var. Bu konteynerlərlə biz əsasən Avropadan Azərbaycana və Qazaxstana quru yüklərin daşınmasını həyata keçiririk.
- Bəzi tank-konteynerlərinizin üzərində müxtəlif adlar görürük, bunun izahını verə bilərsiniz?
- “Kricon Group” olaraq biz təkcə maliyyə nəticələrinə əsaslanaraq fəaliyyət göstərmirik, həmçinin mənəvi dəyərlərə qiymət veririk. Bizim donanmada hər il tank-konteynerlərin sayı artır və biz yüksək dəyər verdiyimiz müştərilərimizin, partnyorlarımızın və ya əməkdaşlarımızın adlarını tank-konteynerlərin üzərinə yazmaqla onlara olan hörmətimizi və sevgimizi bildirməyə çalışırıq. Bu il “Kricon Baku” şirkətinin həmtəsisçiləri olaraq mənim və İlkin bəyin də adları tank-konteynerlərin üzərində qeyd edildi, və bu, simvolik olsa da, fəaliyyətimizə əlavə dəyər qatdı.
![]()
![]()
- Gələcək planlarınız haqqında məlumat verərdiz?
- İnkişaf edən şirkət olaraq, məqsədlərimiz çoxdur, amma bütün məqsədləri pilləli şəkildə, uzunmüddətli strateji plana əsasən həyata keçirməyə çalışırıq. İlk növbədə, Azərbaycan şirkəti olaraq Azərbaycana investisiya yatırmaqda maraqlıyıq. Hal-hazırda bir neçə layihə üzərində danışıqlar aparılır. Regional planlar haqqında danışsaq, növbəti illər üçün planlarımızda Gürcüstan və Qazaxstan ofislərini təsis etməkdir. Və, sözsüz ki, əsas işimiz, hər ilin əvvəlində planlaşdırdığımiz kimi, hər növbəti ildə Azərbaycan şirkətlərinə daha keyfiyyətli və effektiv loqistik həll yolları təklif etmək və Azərbaycanın tranzit potensialına tranzit daşımalarının artırılması ilə öz töhfəmizi verməkdir.
Oxucularınız üçün məlumat vermək istərdik ki, bu il Bakıda keçiriləcək 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (TransLogistica Caspian) biz də iştirak edəcəyik. Bizim stend nömrəmiz 2T442-dir. Bizimlə əməkdaşlıq edən və ya etmək istəyən hər bir sahibkarı stendimizə dəvət edirik.
![]()
“Kricon Baku” ilə əməkdaşlıq etmək üçün aşağıdakı əlaqə məlumatlarından istifadə etmək olar:
Tel: +994123100355
Mob: +994502076669 / +994503346148
E-mail: [email protected]
Web: www.kricongroup.com
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











