Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!

Əmanətlərin Sığortalanması Fondunun məlumatları:
Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılmış və fəaliyyətə başlamışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilmişdir. Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəklildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlamışdır.
2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olmuş, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf etmişdir. Fondun ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılmışdır. Ləğv prosesində olan 4 bank - "Royalbank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Gəncəbank" ASC və "Dəmirbank" ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir. Əlavə olaraq qeyd edək ki, 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893.598.111 manat ekvivalentində kompensasiya, Fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32.236.851 manat məbləğində vəsait ödənilmişdir və bu proses davam etməkdədir.
Qanunvericiliklə bankların ləğv prosesinin bitməsi üçün konkret müddət müəyyən edilməsə də Fond tərəfindən qanunvericiliyin bu prosesə kompleks yanaşması nəzərə alınaraq ləğvetmənin mümkün qədər sürətli və effektiv şəkildə başa çatdırılması prinsipi əsas götürülməklə aparılmış məqsədyönlü iş və uğurlu fəaliyyət nəticəsində daha bir bank - “Bank of Azerbaijan” ASC-nin ləğv prosesinin tamamlanması istiqamətində növbəti mühüm mərhələ başa vurulmuşdur.
Məlumat üçün qeyd edək ki, “Bank of Azerbaijan” ASC 01.02.2016-cı il tarixli məhkəmə qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin bankın qorunan əmanətçilərinə 24.206.716,38 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.
Yuxarıda qeyd edilənlərin davamı olaraq bildiririk ki, Ləğvedici tərəfindən ləğv prosesinin sürətli və effektiv şəkildə həyata keçirilməsi istiqamətində aparılmış işlərin və görülmüş tədbirlərin nəticəsi olaraq artıq “Bank of Azerbaijan” ASC üzrə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi ilə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə əsasən ilk növbədə olan Fondun reqres hüququ üzrə tələblərinin ödənilməsi tamamlanmış və növbəti ödəniş növbəsinə keçilmişdir.
29.05.2024-cü il tarixdən başlayaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinin tələbinə uyğun olaraq növbəti mərhələ üzrə - bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılacaqdır.
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş 29 may 2024-cü il tarixdən etibarən başlanacaqdır.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər.
Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası.
Qaynar xətt əlaqə nömrəsi: 941
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 d. əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
- 33 d. əvvəl
-
- 39 d. əvvəl
-
41 d. əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
-
44 d. əvvəl
“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
-
45 d. əvvəl
"Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüş olub
- 52 d. əvvəl
-
52 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
15 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
Son Xəbərlər

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

Antiinhisar Agentliyi: Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
