Tural Hacıyev “Çörəkçi”nin uğur hekayəsini paylaşdı
"Hazırda biz o lövhəyə yazılan plandan 2 dəfə çox satış edirik"
18 may tarixində ölkəmizdə artıq 5-ci dəfə keçirilən Biznes İdarəçiliyi Forumunda “ATS Food” MMC-nin direktoru Tural Hacıyev spiker qismində iştirak etmişdir. Tural bəy spiker olduğu paneldə “Zərərdən mənfəətə aparan idarəetmə alətləri” mövzusunda iştirakçılarla öz idarəetmə təcrübəsini bölüşmüşdür.
Mövzu əsasında “Çörəkçi” markası üzrə uğur hekayəsini forum iştirakçıları ilə paylaşan Tural bəy bu yolda idarəetmə istiqamətində atılan addımları, qısa müddətli və uzun müddətli dövr üçün qoyulan hədəflərə çatmağın yollarını, uğurun əsasında isə komanda işinin olduğunu bildirmişdir.
Tural Hacıyev aşağıdakı fikirləri ilə yadda qalıb.
1. Prioritetləri təyin et
Zərərdə olan biznesdə ilk görülməli iş daha az resursla daha yaxşı performans göstərməkdir. Bunun üçün ilk növbədə enerjinin daha düzgün və effektiv istifadə olunması üçün prioritetlər doğru təyin olunmalıdır.
2. Tanı
Özünüzü, rəqibinizi və fəaliyyət göstərdiyiniz biznes mühitini tanımalısınız.
Daxili audit edərək öz potensialınızı, cari vəziyyətinizi, planlarınızı analiz edərək özünüzü tanımalısınız.
Xarici audit edərək rəqiblərin satış gücünü, istehsal gücünü, marketinq planlarını və digər aktivliklərini izləməli, analiz etməli, ümumi bazarda olan boşluqları, trendləri, təhlükələri dəyərləndirməlisiniz.
Sun Tzunun bu fikriləri ilə məsələni daha aydın izah etmək olar.
Həm düşməninizi, həm də özünüzü yaxşı tanısanız zəfər sizindir. Sadəcə özünüzü tanıyıb düşməninizi tanımasanız, qazandığınız hər qalibiyyətin məğlubiyyətini də görəcəksiniz. Nə özünüzü, nə də düşməninizi tanımırsınızsa, uduzmağa məhkumsunuz.
3. Ruh
Biznes zərərdədirsə qırılmış sistemi, parçalanmış sistemi təmir edib yenidən formalaşdırmağın ən dayanıqlı və uzun müddətli yolu "RUH" dur. Ruh vasitəsi ilə bütün resurslarımız arasında bağ yaradıb onların harmoniya və motivasiya ilə fəaliyyət göstərməyinə nail oluruq. “Ruh”u olan bir firma, ruhu olmayan bir firmadan hər zaman daha üstündür.
Sistemi birləşirəcək “ruh” yaratmaq üçün istifadə etdiyim əsas dəyərlər:
Ədalətlilik
Səmimiyyət
Dəyər vermək
4. "Powerbank" ol
Zərərdə olan şirkətlərdə enerji səviyyəsi çox aşağı olur. Komandanızı ayaqda saxlamaq üçün onların enerji mənbəyinə çevrilməyinizə ehtiyac var. Rəhbərlik etdiyiniz komanda üzvlərinin enerjilərini bərpa edəcək “powerbank” olmalısınız.
Bunun üçün isə ən dayanıqlı vasitə inanmaq və bu inancı digərlərinə aşılamaqdır. İnam olduqda qarşımızdakı hədəflər daha aydın görünəcək.
İndiyə kimi xatırlayıram ilk dəfə komandaya planlardan danışdığım zaman lövhəyə cari vəziyətin iki qatı bir plan yazmışdım. Mən o plana çatacağıma inanırdım və komandanı da inandırmağa çalışırdım. Hazırda biz o lövhəyə yazılan plandan 2 dəfə çox satış edirik.
Ahmet Şərif İzgörənin bu sözləri ilə fikrimi sizlərə çatdırmaq istəyirəm: "Görünməyənə inandığınızda, başqalarının görmədiklərini görərsiniz."
Xatırladaq ki, 2013-cü ildən fəaliyyət göstərən “Çörəkçi” zavodunun gündəlik istehsal gücü 150 tondur. Almaniyanın Werner&Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş zavodda istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunub.
“Çörəkçi” markası üzrə əl dəyilmədən, tam avtomatlaşdırılmış qaydada istehsal olunan çörək və çörək-bulka məmulatları bu sahədə olan təlabatı qarşılamaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
