Bank sektoru üzrə yeni göstəricilər açıqlandı
2024-cü ilin ilk 4 ayının yekununda fəaliyyətdə olan bankların cəmi aktivləri 49,221.6 mln. manat, cəmi öhdəlikləri 42,897.7 mln. manat, balans kapitalı 6,323.9 mln. manat olmuşdur. Aprel ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.6%, 0,7% və 0.4% artmışdır.
Bu barədə Marja.az Mərkəzi Bankın aylıq Statistik bülleteninə istinadən xəbər verir.
Qeyd edilib ki, Aprel ayında bankların kredit portfeli 2.2% və ya 541.8 mln. manat artaraq 24,644.5 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.7% (13,476.4 mln. manat); ıı) istehlak kreditləri – 29.7% (7,327 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (3,841.1 mln. manat). Aprel ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 274.8 mln. manat (+2.1%), 185 mln. manat (+2.6%) və 82 mln. manat (+2.2%) artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.8% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.4%-i və ya 35,361.1 mln. manat. Depozit portfelinin 62.6%-i (22,150.8 mln. manat) hüquqi şəxslərin, 37.4%-i (13,210.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 56.1%-i (7,414.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (8,617.7 mln. manat) milli valyutada, 34.8%-i (4,592.6 mln. manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 17,262.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması aprel ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 3 faiz bəndi azalaraq 34.3% təşkil etmişdir.
2024-cü ilin yanvar – aprel ayında banklar tərəfindən 407.5 mln. manat xalis mənfəət, 585 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 89.9 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
30 aprel 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 480, şöbələrinin sayı 103, ATM-lərin sayı 3,102 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 74 nəfər artaraq 24,110 nəfər təşkil etmişdir.
Monetar sektor
Cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 13.5% artaraq 34,268.3 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 180.6 mln. manat azalaraq 2,417.6 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.2% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 22.9%, kredit kartları üzrə 17.5% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2024-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,147 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5,149 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62%- ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2%, POS-terminalların sayı 17.4% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
4 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
4 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
4 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 5 saat əvvəl
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















