Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
Rabitəbank 2024-cü ilin 1-ci rübünün nəticələrinə əsasən bütün göstəricilər üzrə dinamik artıma nail olub.
Bankın yaydığı press-relizdə bildirilir ki, yanvar-mart ayları 4 milyon 313 min manat xalis mənfəətlə başa vurulub. Bank aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıraraq 1 milyard 80 milyon manata çatdırıb.
Hesabata əsasən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 13% artaraq 717 milyon 380 min manat təşkil edib. Belə ki, istehlak kreditləri 14% artaraq 245 milyon 847 min manat, biznes kreditləri portfeli 6% artaraq 329 milyon 761 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 35% artaraq 141 milyon 773 min manat olub.
2024-cü ilin 1-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın faiz gəlirləri 31% artaraq 26 milyon 680 min manat, qeyri-faiz gəlirləri isə 29% artataq 13 milyon 667 min manat təşkil edib.
2024-cü ilin 1-ci rübündə müştəri depozitləri 24% artaraq 679 milyon 434 min manata çatıb. Belə ki, fiziki şəxslərin depozitləri 39% artaraq 450 milyon 693 min manat, hüquqi şəxslərin depozitləri isə 2% artaraq 228 milyon 741 min manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 11% artaraq 115 milyon 796 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
30 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
31 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 53 d. əvvəl
- 59 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















