Bank “BTB”-nin 5 milyonluq səhmlərini 1 investor əldə etdi
Bankın nizamnamə kapital 71 milyon 450 min manata yüksəlib.15 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Bank “BTB” ASC nin AZ1001009443 dövlət qeydiyyat nömrəli 5 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 5 milyon manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 5 milyon manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC olub.
Xəbər verdiyimiz kimi, Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılır. Bank hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edib. Təklifin səbəbi Bankın gələcək inkişafı və artım planlarının icrası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi minimum kapital tələblərinə cavab verməsi və dayanıqlı kapital mövqeyinin təmin olunmasıdır. Emissiya nəticəsində cəlb olunucaq vəsait Bankın fəaliyyətinin mühüm növlərindən biri olan kreditləşmədə istifadə olunacaq.
31 dekabr 2023-cü il tarixində Bank “BTB” ASC-nin nizamnamə kapitalı 66 milyon 450 min manat, lakin yığılmış 19 milyon 87 min manat zərər ilə əlaqədar olaraq cəmi kapital 47 milyon 363 min manat təşkil edib. 5 milyonluq yerləşdirmə ilə Bankın nizamnamə kapital 71 milyon 450 min manata yüksəlib.
Yerləşdirmədən öncə Bank “BTB” ASC-nin səhmdarları Mehdiyeva Nigar İsmayıl qızı (74.9872% ), Sadiq Rza İsmayıl oğlu (19.0128%) və Mahmudova Tükazban Ağa qızı (6%) olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)






