Bankda işləmək istəyən tələbə və məzunların nəzərinə
“PAŞA Bank” “Analytics Zone” təlim düşərgəsinə qeydiyyatı açıq elan edir.
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr, magistr tələbələri, eləcə də 2022-ci və 2023-cü illərin universitet məzunları üçün “Analytics Zone” adlı təlim düşərgəsinin qeydiyyatına start verib.
“PASHA Bank Talent Academy” tərəfindən keçirilən təlim düşərgəsinin əsas məqsədi bank sektorunda karyera inkişafı arzulayan şəxsləri dəstəkləmək, eyni zamanda analitika üzrə mütəxəssislər yetişdirmək və bu dinamik sahəyə marağı artırmaqdır.
Bu proqram çərçivəsində “PAŞA Bank”ın ekspert təlimçiləri analitika sahəsindəki ən son alətlər, texnikalar və yenilikləri iştirakçılarla bölüşəcəklər. İştirakçılar 2 aylıq təlim proqramında “Anderraytinq”, “Kredit risklərinin idarə edilməsi”, “Kredit monitorinqi” və əlavə bir çox mövzu üzrə bilik və təcrübə qazanacaqlar. Təlimlərdə vacib qərarlar qəbul etmək, həmçinin biznesin böyüməsinə təkan vermək üçün məlumatları təhlil etmək və praktiki bacarıqlar qazanmaq mümkün olacaq.
Həmçinin təlim düşərgəsində aktiv iştirak edən və imtahanları uğurla başa vuran iştirakçılar arasında seçilmiş namizədlər “PAŞA Bank”da xüsusi hazırlanmış proqram üzrə işlə təmin olunma şansını əldə edəcəklər.
Müsabiqədə iştirak üçün bu linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 d. əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
1 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
2 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
