Saudi Aramco-nun 2023-cü ildə xalis mənfəəti 25% azalıb
Səudiyyə Ərəbistanının neft şirkəti Saudi Aramco-nun 2023-cü ilin yanvar-dekabr aylarında xalis mənfəəti 2022-ci ildəki 161,07 milyard dollara qarşı 121,27 milyard dollar təşkil edib. Neftin ucuzlaşması fonunda göstərici 24,8% azalıb. Eyni zamanda, Saudi Aramco qeyd edir ki, 2023-cü il üçün mənfəət şirkətin tarixində ikinci ən yüksək gəlirdir. Xalis mənfəət üzrə rekord 2022-ci ildə müəyyən edilib.
Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti 2023-cü ildə 121,3 milyard dollar xalis mənfəət əldə edib ki, bu da 2022-ci ilin rekordundan (161,1 milyard dollar) 25% azdır, lakin şirkətin tarixində ikinci ən yüksək xalis mənfəətdir.
Marja.az xəbər verir ki, xalis mənfəətin azalması xam neftin qiymətinin və satış həcminin aşağı düşməsi ilə əlaqədardır. Həmçinin xalis mənfəətin azalmasına aşağı emalı və kimya marjaları da səbəb olub.
Şirkətin sərbəst pul vəsaiti keçən il 101,2 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə (148,5 milyard dollar) müqayisədə təxminən 30% azdır. “Saudi Aramco”nun əsaslı xərcləri 38,8 milyard dollardan 49,7 milyard dollara yüksəlib.
Saudi Aramco-nun 2023-cü ildə orta hesabla karbohidrogen hasilatı səviyyəsi gündəlik 12,8 milyon barel olub (2022-ci illə müqayisədə 7,7% az).
Səudiyyə Aramco-nun dividend ödənişləri 30% artaraq 97,8 milyard dollar təşkil edib.
Ötən ilin may ayından Səudiyyə Ərəbistanı OPEC + sazişləri çərçivəsində könüllü olaraq neft hasilatını azaldıb.
Şirkətin baş icraçı direktoru Amin Nasser bildirib ki, Saudi Aramco-nun “dayanıqlığı və çevikliyi” iqtisadi çətinliklərə baxmayaraq, güclü gəlirliliyə və sağlam pul axınına töhfə verib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
43 d. əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 45 d. əvvəl
-
1 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
1 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
-
2 saat əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
2 saat əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət fondu özəl şirkətin səhmdarları sırasına daxil olur - MÜQAVİLƏ İMZALANDI
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı

Sentyabrın 24-də gözlənilən hava şəraiti

2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Ən çox oxunanlar

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
