Bakıda Hyundai GRANDEUR və SONATA modellərinin təntənəli rəsmi təqdimatı keçirilib
Emil İsmayılov: GRANDEUR və SONATA Azərbaycan alıcılarının ən çox rəğbət göstərdiyi modellərdəndir.(©) Hyundai avtomobillərinin ölkəmizdəki rəsmi distributoru AUTO Azərbaycan şirkəti 7 –ci nəsil tam yeni GRANDEUR və SONATA modellərinin rəsmi təqdimat mərasimini keçirib.
Fevral ayının 29-u baş tutan mərasimdə tanınmış incəsənət nümayəndələri, avtomobil sektorunun sayılıb-seçilən simaları və media nümayəndələri istirak edib.
Tanınmış tele-jurnalist, aparıcı Ceyhun Əlinin qonaqları salamlama nitqindən sonra AUTO Azərbaycan şirkətinin direktoru Emil İsmayılov, avtomobil sektorunda baş verən ən son dinamik tendensiyalar, şirkətin ölkəmizdəki 30 illik fəaliyyəti, dost Cənubi Koreya və Azərbaycan arasında siyasi, iqtisadi əlaqələr və Hyundai brendinin istər qlobal və istərsə də ölkəmizdəki uğurları haqqında məlumat verib. Həmçinin şirkət direktoru Emil İsmayılov danışıq nitqində Hyundai GRANDEUR və SONATA modellərinin Azərbaycan alıcılarının ən çox rəğbət göstərdiyi modellərdən olduğuna vurğulayıb.
Tədbir zamanı, Hyundai markasının ölkəmizdə 2010-cu ildən həyata keçirdiyi “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım”, “Yaşıl ofis”, “Zolağı Pozma”, “Uşaqlar üçün yol hərəkəti qaydaları kitabçası”, “Parlaq gələcək naminə qaç”, “Hyundai Run” və s. KSM layihələri və eləcə də Hyundai markasının 2045-ci ilə qədər 0 emisya karbon neytralığı brend vizyonu ilə bağlı məlumatlar verildi.
Daha sonra, Hyundai Rusiya regional ofisinin direktoru Kanq Byung Jeon qonaqlara “Salam Aleykum” deyərək nitqinə başlayıb və AUTO Azərbaycan şirkəti ilə Hyundai markasının 30 ilə yaxın davam ədən partnyorluğundan məmnunluq hissini bildirib.
Tədbir son zamanlar hər mahnısı, buraxdığı albomları və klipləri ilə çox bəyənilən, mahnıları məşhur musiqi platformalarında top 10-a düşən bəstəkar və müğənni AİSEL-in müsiqili şousu ilə davam edib.
Rəsmi çıxışlar, müsiqili şou bitdikdən sonra ölkənin ən istedadlı yaradıcı heyətinin, ən qabaqcıl işıq üzrə rəssam, qrafistlərin və musiqiçilərin iştirakı ilə Azərbaycanda ilk dəfə avtomobil təqdimatı üçün özəl bəstələnmiş musiqili şou ilə Hyundai GRANDEUR və SONATA modelləri ictimaiyyətə təqdim olunub. Bu musiqi gənc Azərbaycan musiqiçiləri tərəfindən yazılıb və milli alətlərimiz tar və tütəkdən istifadə olunub.
Daha sonra Auto Azərbaycan şirkətinin Marketinq departamentinin müdir müavini Tural Məmmədov səhnəyə çıxaraq qonaqları salamlayıb və modellərlə bağlı ətraflı məlumat paylaşıb. Tural Məmmədov çıxışında GRANDEUR modelinin Hyundai brendinin flaqman sedanı olduğunu və bu modelin 1986-cı ildə ilk debütündən bu yana Koreya sedan bazarında liderlik etdiyini vurğulayıb.
7-ci nəsil tam yeni GRANDEUR modeli 2023-cü ilin 24 aprelində 2023 Red Dot Dizayn Mükafatını qazanaraq dünya səviyyəsində dizayn liderliyini təsdiqləmişdir. Modelin ən diqqət çəkən cəhətlərindən biri "Sameless Horizon" dizayn fəlsəfəsinə əsaslanan üfiqi istiqamətdə uzanan işıq texnologiyasıdır. Bu işıq texnologiyası, ön hissədə parametrik zərgər işləməli radiator barmaqlığı ilə birləşərək modelin iri həcmi və qabağındakı duruşu ilə diqqət çəkir. Bu işıq sistemi, modelin yan və arxa hissələrində də uzanaraq bütün dizaynı tamamlayır.
Ölkəmizdə 1.6 Turbo hibrid Calligraphy və Standart komplektasiya seçimləri mövcuddur. 1.6 Turbo hibrid mühərriklə 180 at gücü təmin edir. Yeni nəsil Grandeur modelinin bir spesifik xüsusiyyəti də, sürətlər qutusunun Sükan çarxının arxasında olmasıdır.
Yeni dizaynda təqdim olunana Sonata 2019-cu ildə təqdim edilmiş 8-ci nəsil Sonata modelinin imicini dəyişdirir. İdman üslubunda aşağı əyilmə, agressiv kupeyə bənzər dizaynı, sinifdə lider xüsusiyyətləri və gələcəyə yönəlmiş innovativ yenilikləri ilə mütərəqqi bir model kimi yenidən doğulub deyə bilərik. Ümumiyyətlə bu dizayn, Hyundai-nin ‘Sensuous Sportiness’ adlandırdığı həssas idman üslubunu təcəssüm etdirir. Hyundai-nin imzası olan Sameless horizon işıq texnologiyası, üfuqi istiqamətdə uzanaraq Geniş radiator barmaqlığı ilə birləşir və modelin ön hissəsini daha dinamik və agressiv görünüşlü edir. Arxa tərəfdə yeni H-tail işıq sistemi SONATA-nın geniş mövqeyini və yüksək texnologiyalı xüsusiyyətlərini təmin edir və dizaynı tamamlayır.
İdman üslubunda eksteyer görünüşünə uyğun olaraq, yeni SONATA-nın interyeri müasir həyat tərzini dəstəkləyən yüksək texnoloji detallarla sürücü mərkəzli tərtibatı təmin edir. 12,3 düym rəqəmsal alətlər paneli, audio-video naviqasiya sistemi, alətlər panelinin alın şüşəsinə proyeksiyasını təmin edən 12 düym Head up display, 12 ədəd Bose premium səs sistemi və digər bir çox xüsusiyyətlər, sürücülərə immersiv rəqəmsal təcrübə bəxş edir. Yeni SONATA modeli ölkəmizdə 2.0 Hibrid və benzinli mühərrik koplektasiya seçimləri ilə təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












