PaşaPay şirkəti qalib elan edilib
Böyük Britaniyanın Pan Finance jurnalı “2024-cü ildə ödəmə xidmətlərinin rəqəmsal transformasiyası-Azərbaycan” nominasiyası üzrə PaşaPay şirkətini qalib seçib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, Dünyanın 150-dən çox ölkəsində 200 mindən çox oxucusu olan Pan Finance jurnalı hər il maliyyə sahəsində uğur qazanmış şirkətləri seçərək oxucuları arasında sorğuya təqdim edir. Bu sorğular dünya təcrübələrini və ən uğurlu trendlərini daha yaxından izləmək və qiymətləndirmək imkanı verir.
Jurnal abunəçilərinə onlayn sorğular göndərərək kateqoriyalar üzrə seçim imkanı yaradır. Nəticələr əsasında formalaşan siyahı peşəkar qrup və biznes sahəsində ixtisaslaşan jurnalistlərə təqdim olunur və onlar tərəfindən ilin ən yaxşıları seçilir.
Mükafat proqramı Pan Finance jurnalına maliyyə xidmətləri sahəsində aparıcı şirkətlər və şəxslər haqqında cəlbedici məzmun təqdim etməyə imkan verir. Tanınmış akademiklərin və aparıcı ekspertlərin töhfələrinə əsaslanaraq, Pan Finance maliyyə xidmətləri, iqtisadiyyat, infrastruktur, texnologiya və davamlı inkişafa diqqət yetirir.
“Pan Finance” rüblük dərc olunaraq dünyanın hər yerində keçirilən ən mötəbər hadisələri işıqlandrır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Ulduz" metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“ŞKODA Daşımalar”ın daxil olduğu qrup Azərbaycanda istehsal üçün hazırdır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
"2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir"
Qəbələdə alkoqollu və alkoqolsuz içkilər zavodu tikilir - Nazir işlərin mövcud vəziyyəti ilə tanış olub
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir
Ən çox oxunanlar
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Supermarketlər şəbəkəsi Şəkidə 3-cü mağazasını açıb














.jpg)






