Azərbaycanın 2023-dəki xarici ticarət dövriyyəsi barədə ətraflı məlumat
2023-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 184 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 44 milyard 868,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 27 milyard 583,2 milyon dollarını və ya 61,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 17 milyard 285,3 milyon dollarını (38,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 10 milyard 297,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2022-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,2 faiz, real ifadədə 5,6 faiz azalmışdır. İdxal real ifadədə 1,9 faiz artmış, ixrac isə 8,2 faiz azalmışdır.
2023-cü ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 9,8 faiz,real ifadədə 3,9 faiz artaraq 3 milyard 348 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 30,6 faizi İtaliya, 14,9 faizi Türkiyə, 8,5 faizi Rusiya, 6,1 faizi Çin, 3,6 faizi Almaniya, hər biri 2,8 faiz olmaqla İsrail və Hindistan, 2,7 faizi Yunanıstan, 1,8 faizi ABŞ, hər biri 1,7 faiz olmaqla İspaniya və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq, Türkmənistan və Çexiya, 1,3 faizi Rumıniya, 1,2 faizi Xorvatiya, hər biri 1,0 faiz olmaqla Fransa, Bolqarıstan və İran, hər biri 0,9 faiz olmaqla Vyetnam və Yaponiya, 11,0 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 44,9 faizini İtaliyaya, 15,8 faizini Türkiyəyə, 4,1 faizini İsrailə, 4,0 faizini Yunanıstana, 3,6 faizini Hindistana 3,5 faizini Rusiyaya, 2,7 faizini Almaniyaya, 2,3 faizini İspaniyaya, 2,2 faizini Gürcüstana, 2,0 faizini Çexiyaya, 1,8 faizini Rumıniyaya, 1,7 faizini Xorvatiyaya, 1,4 faizini Bolqarıstana, 1,3 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, 1,0 faizini Vyetnama, 0,9 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla İsveçrə və Avstriyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,3 faiz), Türkiyəyə (23,4 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (5,2 faiz), Qazaxıstana (2,8 faiz), Türkmənistana (2,5 faiz), Ukraynaya (2,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,1 faiz), Qırğızıstana (1,8 faiz), Rumıniyaya (1,3 faiz), Özbəkistana (1,3 faiz), İtaliyaya (1,3 faiz), Latviyaya (1,2 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 17,5 faizi Çin, 13,3 faizi Türkiyə, 5,3 faizi Almaniya, 5,1 faizi ABŞ, 4,0 faizi Türkmənistan, 2,8 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,3 faizi Fransa, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Belarus, 1,4 faizi Ukrayna, hər biri 1,2 faiz olmaqla Qazaxıstan, Braziliya və Hindistan, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Vyetnam və Özbəkistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, təzə tərəvəz – 5,8 faiz, meyvə və tərəvəz şirələri – 44,2 faiz, meyvə və tərəvəz konservləri – 17,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 5,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 46,2 faiz, polipropilen – 65,9 faiz, polietilen – 24,8 faiz, mineral gübrələr – 0,6 faiz, sement klinkerləri – 13,9 faiz, pambıq ipliyi – 29,7 faiz, bentonit gili – 6,3 faiz artmış, kartof ixracı isə 9,1 faiz, şəkər – 42,2 faiz, bitki yağları – 30,5 faiz, tütün – 55,9 faiz, çay – 58,9 faiz, pambıq lifi – 7,6 faiz, emal olunmamış alüminium – 23,3 faiz, qara metallardan çubuqlar – 16,4 faiz, qara metallardan borular – 18,4 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalmışdır.
2022-ci illə müqayisədə 2023-cü ildə unlu qənnadı məmulatları idxalı 9,7 faiz, şokolad və şokolad məhsulları – 11,8 faiz, mal əti – 72,5 faiz, təzə tərəvəz – 6,9 faiz, siqaretlər – 71,7 faiz, minik avtomobilləri – 28,4 faiz, polad prokatı – 28,9 faiz, qara metallardan borular – 64,1 faiz, hesablama maşınları, blok və qurğuları – 13,3 faiz, rezin şinlər – 16,7 faiz, yük avtomobilləri – 42,2 faiz, sintetik yuyucu vasitələr – 9,6 faiz, mebellər – 13,8 faiz, polietilen – 22,9 faiz, mineral gübrələr – 32,7 faiz, paltaryuyan maşınlar – 38,2 faiz, qara metallardan çubuqlar – 4,7 faiz, qara metallardan künclüklər – 28,3 faiz, polipropilen – 42,7 faiz, məişət soyuducuları – 51,4 faiz artmış, buğda idxalı isə 9,1 faiz, xam şəkər – 19,7 faiz, bitki yağları – 15,0 faiz, təzə meyvə – 0,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 10,6 faiz, çay – 5,1 faiz, kartof – 12,7 faiz, quş əti və onun əlavə məhsulları – 16,0 faiz, dərman vasitələri – 1,2 faiz, məişət kondisionerləri – 4,3 faiz, avtobuslar – 60,8 faiz, sement – 25,3 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 33 d. əvvəl
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur





















