Göygöl Şərab Zavodu “PRODEXPO-2024” Beynəlxalq Sərgidə iştirak edib
Sərgidə qarşılıqlı əlaqələrin və əməkdaşlıqların qurulması, ixrac xəritəsinin artırılması, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycan məhsullarının tanınması məqsədilə ilə danışıqlar aparılmışdır.(®) 5-9 fevral tarixlərində Moskva şəhərində Rusiya və Şərqi Avropanın ən böyük beynəlxalq sərgisi olan “Prodexpo - 2024” keçirilmişdir.
Sərgidə dünyanın müxtəlif ölkələrdə istehsal olunan qida məhsulları, içkilər və onların istehsalı üçün köməkçi materiallar və avadanlıqlar nümayiş edilmişdir. Qeyd edək ki, hər il bu sərgidə 30-dan çox ölkələrin alkoqollu içkiləri və şərabları nümayiş olunur və həmin sərgi vasitəsilə 14%-ə qədər yeni məhsul təqdim olunur.
Göygöl Şərab Zavodu da bu sərgidə iştirak edərək, qabaqcıl texnologiya ilə hazırlanmış yüksək keyfiyyətli şərab, araq, konyak və şampan məhsullarını təqdim etmişdir.
Sərgidə Rusiya və digər ölkələrin istehsalçılarına zavodun məhsulları barədə, istehsal prosesi və texnologiyaları haqqında məlumatlar təqdim edilib, qarşılıqlı əlaqələrin və əməkdaşlıqların qurulması, ixrac xəritəsinin artırılması, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycan məhsullarının tanınması məqsədilə ilə danışıqlar aparılmışdır.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə nüfuzlu beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
9 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
10 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
10 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur





























