11 sentyabr hücumundan sonra qurulan şirkət 1,5 milyard dollarlıq alış təklifini qəbul edib
"Thoma Bravo" proqram təminatı şirkəti "Everbridge"i 1,5 milyard dollara satın alır. Satınalma, xüsusilə qlobal geosiyasi qeyri-müəyyənliklər səbəbindən risk təhlili və təhlükəsizlik proqram təminatına ehtiyacın artdığı dövrə təsadüf edir.
ABŞ-ın proqram təminatı şirkəti "Everbridge" Amerikanın özəl kapital şirkəti "Thoma Bravo"dan 1,5 milyard dollarlıq alış təklifini qəbul edib.
Marja.az xəbər verir ki, ABŞ-da 11 sentyabr hücumundan sonra qurulan "Everbridge" kritik hadisələrin proqnozlaşdırılması və idarə edilməsində şirkətlərə və hökumətlərə dəstək verir.
Risk təhlili aparan təhlükəsizlik proqramlarına tələbat artır
Everbridge hökumətlərə və sənaye təşkilatlarına fövqəladə hallara reaksiya vermək, işçilərin yaşadıqları və ya səyahət etdikləri yerlər ətrafında təhlükə mühitini qiymətləndirmək və gözlənilməz pis hava şəraiti barədə təhlil aparmaq imkanı təmin edən proqram şirkətidir. Satınalma geosiyasi qeyri-müəyyənliklərin risk təhlili və təhlükəsizlik proqram təminatlarına tələbi artırdığı bir dövrə təsadüf edir. Alqı-satqı nağd şəkildə həyata keçirilir.
"Biz Everbridge ilə, risk və təhlükəsizlik həlləri üçün böyüyən bazardakı imkanlardan yararlanmaq üçün işləməyi səbirsizliklə gözləyirik. Everbridge, məhsul portfeli riskləri hərtərəfli izləmək və kritik hadisələri idarə etmək üçün dünyanın ən hörmətli şirkətlərindən biridir",- Thoma Bravo-nın ortağı Hudson Smith bildirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
4 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
5 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
5 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
