Azərbaycanda məişət avadanlıqlarını kreditlə almaq bahalaşıb
Azərbaycanda avtomobil və ev təmiri kreditləri isə ucuzlaşıb.31 dekabr 2023-cü il tarixinə Azərbaycanın bank sektorunda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, sektorda istehlak kreditləri üzrə (milli valyutada) orta faiz dərəcələri aşağıdakı səviyyələrdə olub:
- Kredit kartı vasitəsilə verilən kreditlər: 24%
- Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər: 25%
- Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər: 17% (Yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna olmaqla)
- Avtomobil kreditləri: 11%
- Digər istehlak kreditləri: 17%
31 dekabr 2022-ci il tarixində sektorda orta istehlak kreditləri üzrə (milli valyutada) orta faiz dərəcələri aşağıdakı səviyyələrdə olmuşdu:
- Kredit kartı vasitəsilə verilən kreditlər: 26%
- Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər: 23%
- Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər: 23% (Yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna olmaqla)
- Avtomobil kreditləri: 15%
- Digər istehlak kreditləri: 19%
Beləliklə, ötən il Azərbaycanda kredit kartı vasitəsilə verilən kreditlərin, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin avtomobil kreditlərinin və digər istehlak kreditlərinin faizləri düşüb, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin faizləri artıb. ötən il ən çox avtomobil və ev təmiri ilə bağlı olan kreditlər ucuzlaşıb.
Digər istehlak kreditləri (əsasən nağd pul krediti) üzrə orta faizin düşməsi diqqəti çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








