Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər
3 qlobal startapçı öz biznes ideyaları haqqında 50-dən çox azərbaycanlı mələk investora təqdimatlar edibYanvarın 24-də “Technovate-SABAH Mələk İnvestorlar Klubu”na üzv olan yerli mələk investorların iştirakı ilə 2024-cü ilin ilk tədbiri keçirilib və klub üzvlərinə investisiya etmələri üçün ilkin mərhələdə 3 qlobal startap təqdim olunub.
“Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayılzadə tədbirin bütün iştirakçılarını salamlayaraq Klub üzvlərinə bu istiqamətdə uğurlar arzulayıb və görülən işlərin Azərbaycanda startap ekosisteminin gələcək inkişafına böyük töhfələr verəcəyini vurğulayıb.
Görüşdə müxtəlif sektorlardan olan 3 qlobal startapçı öz biznes ideyaları haqqında 50-dən çox azərbaycanlı mələk investora təqdimatlar edib. Qlobal problemlərin həllinə yönəlmiş startaplar yerli mələk investorların diqqətini çəkib və böyük maraqla qarşılanıb. Daha sonra yerli investorlar onları maraqlandıran bir sıra sualları sahibkarlara ünvanlayaraq startap haqqında ətraflı məlumat əldə ediblər.
Sonda yerli investorlar sözügedən üç qlobal startap haqqında Klubdaxili müzakirələr aparıb, öz fikirlərini və təcrübələrini bir-biri ilə bölüşüblər. Sözügedən startaplara sərmayə ilə bağlı müzakirələr Klub üzvləri arasında şənbə günü keçiriləcək ilk xüsusi səhər yeməyi görüşündə də davam edəcək. Bundan sonra yerli investorlar investisiya etməkdə maraqlı olduqları təqdirdə həmin qlobal startaplara sərmayə qoyacaqlar.
Qeyd edək ki, hazırda “Technovate-SABAH Mələk İnvestorlar Klubu”na 124 yerli investor üzvdür və onlardan 109-u 6-8 dekabr tarixlərində keçirilmiş “Mələk İnvestorlar Məktəbi”nə qeydiyyatdan keçib və beynəlxalq ekspertlər tərəfindən keçirilmiş təlimlərə cəlb olunaraq mələk investisiyası sahəsində nəzəri və praktiki biliklərə yiyələniblər.
Cari il ərzində bu kimi görüşlərin davamlı olaraq keçirilməsi və Klubun üzvlərinə müxtəlif qlobal startapların təqdim olunması nəzərdə tutulur.
Həmçinin 2024-cü il ərzində Klub tərəfindən hər biri 100 nəfərdən ibarət olmaqla daha 2 qrupun “Mələk İnvestorlar Məktəbi”nə cəlb olunması və sonrakı mərhələdə Kluba üzv edilməsi planlaşdırılır. Klub ölkədə startap ekosisteminin inkişafında yerli mələk investorların rolunu artırmaq üçün cari ilin sonuna qədər üzvlərinin sayını 300-ə çatdıraraq onların aktiv şəkildə qlobal startaplara sərmayə qoymalarını hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 19 d. əvvəl
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı













.jpg)






