Faktorinq əməliyyatları üzrə ƏDV əvəzləşmə mexanizmi işə salınıb
Məlum olduğu kimi, sahibkarlıq subyektlərinin əməliyyatlarının faktorinq aləti vasitəsilə çevik şəkildə kreditləşdirilməsindən aktiv istifadə edilir, bu alət biznesin maliyyə yükünün azaldılması və likvidlik səviyyəsinin artırılması istiqamətində bazara ciddi şəkildə təkan verir.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, təcrübədə istehsalçılar və topdansatış ticarət fəaliyyətini həyata keçirən biznes subyektləri tərəfindən satılan malların dəyəri adətən 2-3 ay ərzində və bəzi hallarda daha gec müddətdə geri ödənilir. Bu isə, istehsalçı və topdansatış ticarət subyektlərinin fəaliyyətində nağd pul çatışmazlığına səbəb olur. Belə vəziyyətdə banklar faktorinq alətindən yararlanmaqla biznes subyektlərinin maliyyə likvidliyini təmin edir və alıcılardan vəsaitlərin daxil olması ilə bağlı çətinliklər aradan qalxır.
Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDV-nin əvəzləşdirilməsi üçün alınmış malların, işlərin, xidmətlərin əsas dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilməlidir. Lakin faktorinq əməliyyatları üzrə əməliyyatların əsas dəyəri satıcıya deyil, müvafiq kredit təşkilatına ödənilir. Bu zaman, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV-nin əvəzləşdirilməsində məhdudiyyətlər yaranır.
Faktorinq aləti mülki qanunvericilikdən irəli gələn və biznes subyektlərinə verilən hüquq olduğundan bunun vergi qanunvericiliyində də aydın şəkildə təsbit edilməsinə zərurət yaranıb. Son dəyişikliklərlə maliyyələşmə alətlərinin cəlbediciliyinin artırılması və biznesin fasiləsizliliyinin təmin edilməsi üçün faktorinq alətindən istifadə zamanı ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinin mümkünlüyü qanunvericiliyə daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








