Türkiyənin vergi rekordçuları bəlli olub - Selçuk Bayraktar 1-ci olub
Türkiyədə hər bir vergi ödəyicisi 2022-ci il vergi dövrü üçün orta hesabla 85 min 8 lirə vergi tutulan məbləği bəyan edib. Bu u baza üzrə hesablanmış gəlir vergisinin orta məbləği 26 min 413 lirə olub. Türkiyənin 2022-ci ilin gəlir vergisi rekordçusu "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar olub.
Türkiyənin Vergi Gəlirləri İdarəsi 2022-ci il vergi dövrü üçün illik gəlir vergisi bəyannaməsi nəticəsində Türkiyə daxilində ən çox vergi bəyan edən 100 vergi ödəyicisinin siyahısını açıqlayıb.
Marja.az xəbər verir ki, Türkiyədə 2022-ci ildə 4 milyon 43 min 467 vergi ödəyicisi tərəfindən illik gəlir vergisi bəyannaməsi təqdim edilib.
Bu bəyannamələr ilə 343 milyard 727 milyon 778 min 813 lirə vergi tutulan dövriyyə bəyan edilib. Bu məbləğdən 106 milyard 800 milyon 753 min 728 lirə gəlir vergisi hesablanıb.
Hər bir vergi ödəyicisi Türkiyə daxilində 2022-ci il vergi dövrü üzrə orta hesabla 85 min 8 lirə vergi tutulan dövriyyə bəyan edərkən, bu dövriyyədən orta hesabla 26 min 413 lirə gəlir vergisi hesablanmışdır.
Türkiyə miqyasında gəlir vergisi ödəyiciləri arasında toplanan ən yüksək vergiyə malik ilk 100 vergi ödəyicisinin vilayətlər üzrə bölgüsündə İstanbul 87 rekordçu ilə birinci yeri tutub. Növbəti yerlərdə Ankara (7), İzmir (3), Diyarbəkir (1), Tekirdağ (1) və Afyonkarahisar (1) gəlir.
2022-ci ilin vergi dövrü üzrə gəlir vergisi bəyannamələrində əvvəlki illə (2021-ci il) müqayisədə bəyan edilmiş ümumi bazada 88,97 faiz, cəmi hesablanmış vergidə isə 96,88 faiz artım qeydə alınıb.
76 rekordçu adlarının açıqlanmasını istəməyib
"Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Türkiyənin 2022-ci il vergi rekordçuları siyahısında birinci olub. O, 564 milyon 124 min 318 lirə (cari məzənnə ilə 32,5 milyon manat) gəlir vergisi ödəyib.
İkinci yeri tutan vergi ödəyicisi adının açıqlanmasını istəməyib.
200 milyon 757 min 695 lirə (11,6 milyon manat) gəlir vergisi ilə "Koç Holdinq"in fəxri sədri Rahmi Koç üçüncü olub.
Siyahıda 4, 5, 6 və 7-ci yerləri tutan vergi ödəyiciləri adlarının açıqlanmasını istəməyiblər.
"Enka İnşaat ve Sanayi" şirkətinin İdarə Heyətinin sədri Mehmet Sinan Tara 120 milyon 184 min 394 lirə vergi ilə siyahıda 8-ci yerdə qərarlaşıb.
"Koç Holdinq"in İdarə Heyətinin üzvü İpek Kıraç 115 milyon 634 min 175 lirə gəlir vergisi ödənişi ilə 9-cu yeri tutub.
"Koç Holdinq"in İdarə Heyətinin sədri Ömer Koç 114 milyon 318 min 794 lirə vergi ilə 10-cu yeri tutub.
İlk 100-lükdə yer alan 76 rekordçu adlarının açıqlanmasını istəməyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
5 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
7 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
8 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
9 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
