Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

“Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Marja-ya bildirilib ki, əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, bu il dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər.
Vətəndaşlar səfər üçün icazəni dekabrın 25-dən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər.
Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaq.
Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcək. Bu barədə ətraflı məlumatı “Yolumuz Qarabağa” portalı üzərindən əldə etmək mümkündür.
Səfəri sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan fərdi minik avtomobilləri ilə etmək mümkündür. Fərdi minik avtomobilləri dedikdə Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 nəfərin səfəri üçün icazə alına bilər. İcazələrin etibarlılıq müddəti Şuşa şəhəri üçün iki gün, Suqovuşan qəsəbəsi üçün isə bir gün olacaq. Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur.
Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlar ilə tanış olmalı, həmçinin bu barədə özü ilə səfər edən şəxsləri məlumatlandırmalı,mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrut trayektoriyasından kənara çıxmamalı, yolayrıclarında diqqətli olmalı və səfər marşrutu boyunca dayanmadan son məntəqəyə qədər nəqliyyat vasitəsini idarə etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxanalarla əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.
Bildiririk ki, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turları, eləcə də “Yolumuz Qarabağa” portalı üzərindən təşkil edilən avtobus reysləri əvvəlki qaydada davam etdiriləcək. Turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
