Kristal Abşeron yeni dünya markaları ilə əməkdaşlığa başladı
(®) “Kristal Abşeron” şirkəti inşa etdiyi layihələrin təmir-tikinti keyfiyyətini artırmaq üçün bir sıra addımlar atıb. Şirkət yeni qlobal markalarla əməkdaşlığa başlayıb. Bu markalar aşağıdakılardır.
Amerika markası “Guardian Glass” pəncərə şüşələri
Mənzilin pəncərə şüşələrinin düzgün seçilməsi binanın həm estetikliyini, həm də enerji səmərəliliyini artırır və büdcəyə qənaət etmək üçün şərait yaradır. “Guardian Glass” pəncərə şüşələri temperatur izolyasiya xüsusiyyəti sayəsində mənzildaxili temperaturu qoruyur. Səs izolyasiya xüsusiyyəti isə kənar səs-küyün mənzilə daxil olmasının qarşısını alır. Yüksək şəffaflığa malik bu şüşələr gün işığının mənzilə daha çox daxil olmasını təmin edir. Əsk etdirmə xüsusiyyəti isə mənzilə daxil olan zərərli günəş şüalarının qarşısını alır. Fasad izolyasiya ilə birlikdə “Guardian Glass” pəncərə şüşələrinin istifadəsi enerjiyə 45%-dək qənaət etmək fürsəti yaradır.

Kanada markası “Coswick” mühəndis parketləri
“Coswick” mühəndis parketləri ən son istehsal texnologiyalarına və yüksək dəqiqliyə sahib müasir qurğularda yüksək keyfiyyətli ağacdan istifadə edilərək hazırlanır. Təmirdə istifadə edilən parket həm interyerin estetikliyinə, həm də mənzilin rahatlığına birbaşa təsir edir. Bu amilləri nəzərə alıb deyə bilərik ki, “Coswick” mühəndis parketləri ideal seçimdir. Uzunmüddətli istifadəyə yararlılıq, cızıqlara və korroziyaya davamlılıq, temperatur və səs izolyasiya xüsusiyyəti, quraşdırma asanlığı, dizayn funksionallığı və ekoloji təmizlik “Coswick”in əsas üstünlükləridir.

Yaponiya markası “Mitsubishi” liftləri
Lift sənayesində təhlükəsizlik əsas prioritetdir. “Mitsubishi” liftləri sənaye standartlarını qabaqlayan təhlükəsizlik texnologiyaları ilə təchiz edilmişdir. Həmçinin şirkət ətraf mühitə təsirini minimuma endirmək üçün ekoloji cəhətdən təmiz materiallardan istifadəyə üstünlük verir. Buna görə də sakinlər Mitsubishi liftlərindən inamla istifadə edə bilərlər. Sürətli daşınma, səs-küysüz işləmə, ağıllı lift həlləri, enerji səmərəliliyi “Mitsubishi” liftlərinin əsas üstünlüklərindəndir.

İtaliya istehsalı “Immergas” kombi sistemləri
Kombi sistemləri arasında “Immergas” məhsulları enerjiyə qənaət məsələsində digərlərindən ciddi şəkildə fərqlənir. “Immergas” kombi sistemləri həm mənzili, həm də məişət istifadəsi üçün lazım olan suyu eyni anda qızdırır. Bu inteqrasiya iki ayrı istilik sisteminə olan ehtiyacı aradan qaldıraraq enerji səmərəliliyini artırır. Kombi qızdırma sistemi tətbiq edilən “Kristal Abşeron” layihələrində “Immergas”dan istifadə ediləcək.

Almaniya istehsalı “Grohe” hamam aksesuarları
“Grohe” keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. “Grohe” hamam aksesuarları cızıqlara, ləkələnməyə və korroziyaya davamlı, gündəlik istifadəyə yararlıdır. Asan quraşdırılma texnologiyası və sudan səmərəli istifadə bu markanın üstünlüklərindəndir. Premium materiallardan istifadəsi, dəqiq mühəndislik həlləri bu məhsulların uzunömürlü olmasını təmin edir. Bununla da “Grohe” hamam aksesuarları uzun illər sizə xidmət edəcək.

İtaliya istehsalı “Gewiss” elektrik açarları və aksesuarları
İtaliya istehsalı olan “Gewiss” üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, “Gewiss” estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir. Yüksək keyfiyyətli materialların istifadəsi, innovativ texnologiyaların tətbiqi “Gewiss” elektrik açarlarının uzun müddət və qüsursuz işləməsini təmin edir.

İtaliya istehsalı “Prysmian” yanmayan kabellər
“Prysmian” kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Ənənəvi elektrik kabelləri yanğına və həddindən artıq istiyə məruz qaldıqda zəhərli qazlar buraxa, alov yaya bilər ki, bu da elektrik yanğınlarının yaratdığı təhlükələri artırır. Qısa qapanmaya qarşı davamlı olan “Prysmian” kabelləri isə yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir. Beləliklə mənzilin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilir.

“Kristal Abşeron” şirkəti inşası davam edən bütün şəhər layihələrində bu markalardan istifadə edir. Qeyd edək ki, “Guardian Glass” pəncərə şüşələri “City Garden Narimanov” və “Park Yasamal” layihələrində istifadə edilir.

İndi sadəcə 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə “Kristal Abşeron” layihələrində tam təmirli və çıxarışlı mənzil sahibi ola bilərsiniz. Yuxarıda qeyd edilən markalar haqqında daha geniş məlumat almaq üçün satış ofisinə yaxınlaşa bilərsiniz.
*1544
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
55 d. əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
58 d. əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir






.jpg)









.jpg)



