"Rusiyanı tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itki ilə üzləşiblər"
Rusiyada biznes fəaliyyətini dayandıran Qərb şirkətləri yüz milyard ABŞ dollarından çox böyük itkilər elan ediblər.
Marja.az xəbər verir ki, bunu yazır "The New York Times" yazıb.
Maliyyə hesabatlarının təhlilinə əsasən, Qərb şirkətləri 103 milyard dollardan çox itkilər açıqlayıblar.
"Gedənlər mövqelərini itirirlər. Onların əmlakı ciddi endirimlə satılır və şirkətlərimizin idarəçiliyinə verilir”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Pekov “New York Times” qəzetinə müsahibəsində bildirib.
Nəşrin yazdığına görə, bir çox şirkətlər isə bu illər ərzində Rusiya bizneslərinə yatırdıqları milyardlarla dolları itirmək istəməyərək Rusiyada qalıblar. Digər müəssisələr biznesi Rusiya tərəfdaşlarına satıblar.
"Doğrudanmı burada hər şeyin çökəcəyini düşünürdülər? Belə bir şey yoxdur. Rusiya şirkətləri üstünlüyü ələ keçirərək irəlilədilər”, - nəşr Rusiya prezidenti Vladimir Putinin sözlərindən sitat gətirir.
Nəşr, xüsusilə, "Heineken" və "Carlsberg" pivə şirkətlərinin getdiyini qeyd edir. Hollandiyalı "Heineken" Rusiyadakı biznesini bir avroya "Arnest Qrup"una (kosmetika və məişət kimyası istehsalçısı) satıb Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə "Carlsberg"ə məxsus “Baltika”dakı payı Federal Əmlakın İdarə Olunması Agentliyinə müvəqqəti idarəetməyə verilib.
Rusiya Ukraynaya hücuma başladıqdan sonra kollektiv Qərb Moskvaya sanksiya təzyiqlərini artırıb, tədarük zəncirlərinin pozulması isə Avropa və ABŞ-da yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya dəfələrlə bəyan edib ki, ölkə bu təzyiqin öhdəsindən gəlməyə qadirdir. Moskva qeyd edib ki, Qərbin anti-Rusiya sanksiyalarının uğursuzluğunu etiraf etməyə cəsarəti çatışmır. Eyni zamanda Qərb ölkələrinin özündə də sanksiyaların səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səslənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























