Azərbaycanda Çinin “BYD” şirkəti ilə elektrobuslar yığılacaq - ANLAŞMA
5 hektar sahədə tikiləcək zavodda ildə 150-200 ədəd elektrobus istehsalı nəzərdə tutulur.“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ), Çinin “BYD Company Limited” (BYD) və “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb.
Marja.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda “BYD” şirkəti ilə elektrobusların yığılması və bir sıra ehtiyyat hissələrin istehsalının təşkili nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektar torpaq sahəsində tikilməsi planlaşdırılan zavodda ildə 150-200 ədəd elektrobus istehsalı nəzərdə tutulur. Eyni zamanda istehsal olunan elektrobusların daxili tələbatı qarşılamaqla yanaşı, Azərbaycanın ixrac potensialını da artıracaqdır.
Qeyd edək ki, 1995-ci ildə yaranmış BYD şirkəti elektronika, avtomobil istehsalı, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























