Putinin Səudiyyə Ərəbistanına gözlənilən səfəri ABŞ-ın səylərinin uğursuzluğuna işarədir - Bloomberg
Agentlik qeyd edir ki, səfər, Rusiya prezidentinin onu dünya səhnəsində təcrid etmək cəhdlərinə baxmayaraq, ölkədən kənara çıxmaq imkanına artan inamını nümayiş etdirir.Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına gözlənilən səfəri Vaşinqtonun Moskvanı təcrid etmək cəhdlərinin uğursuzluğundan xəbər verir.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg agentliyi məlumat yayıb.
Qeyd edilib ki, bu səfər "Putinin ABŞ və Avropanın onu dünya səhnəsində təcrid etmək cəhdlərinə baxmayaraq, Rusiyadan kənarda səyahət etmək imkanına inamının artdığını" göstərir. Agentlik vurğulayıb ki, Rusiya iqtisadiyyatı hazırda “daha güclü mövqedədir” və Vaşinqton tərəfindən dəstəklənən Ukrayna hərbi uğur görmür.
Bloomberg qeyd edir ki, Rusiya lideri Körfəz ölkələrinin başçıları ilə əlaqələri gücləndirir və “Amerikanın Ukraynaya dəstəyinin davamlılığı sual altındadır”.
Daha əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, Vladimir Putin dekabrın 6-da işgüzar səfərləri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşəcək. BƏƏ rəhbəri ilə danışıqlar çərçivəsində çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının vəziyyəti, gələcək inkişaf perspektivləri, eləcə də Yaxın Şərqdəki vəziyyət daxil cari regional və beynəlxalq məsələlərin müzakirəsi gözlənilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun əvvəllər verdiyi məlumata görə, səfərlərin gündəliyində neft mövzusu da olacaq. O qeyd edib ki, OPEC+ formatı çərçivəsində belə müzakirələr aparılır, həmçinin dövlət başçıları da bu mövzuya da baxacaqlar. Kreml nümayəndəsi həmçinin qeyd edib ki, Putinin hər iki ölkəyə səfəri bir gündə baş tutacaq.
Putin 2019-cu ildən bəri ilk dəfə BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti



























