2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri və banklara dair tələblər açıqanıb

Gələn il üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirlər görüləcək
Mərkəzi Bank 2017-ci ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək.
Bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında əksini tapıb.
Yeni məzənnə rejimi valyuta ehtiyatlarının qorunmasını təmin edir. 2017-ci ildə manatın məzənnəsinə başlıca olaraq valyuta bazarında tələb amilləri və onların idarə olunması, o cümlədən idxalın əvəzlənməsi prosesi təsir edəcək. Valyuta bazarında təklifin həcminə isə ixrac potensialının reallaşdırılması təsir edəcək. Növbəti ildə Mərkəzi Bank üzən məzənnə rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədini daşıyacaq.
Mərkəzi Bank 2017-ci ildə pul siyasəti alətlərindən qarşıya qoyulmuş monetar hədəflər çərçivəsində istifadə edəcək, bu alətlərin modernizasiyası istiqamətində tədbirləri davam etdirəcək, alətlərin tətbiqi prosesində faiz dərəcələrinin real səviyyəsi nəzərə alınacaq. Likvidlik alətləri üzrə faiz dərəcələri “faiz dəhlizi” çərçivəsində müəyyənləşdirilərək çevik idarə olunacaq. 2017-ci ildə də zəruri hallarda pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcminin artırılması və faiz dərəcələrinin artırılması diqqətdə saxlanacaq. Növbəti ildə vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edərək bankların təşəbbüsü ilə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş faiz dərəcələri ilə həyata keçiriləcək. Vəsaitlərin cəlb olunması məqsədilə çərçivə əməliyyatlarının (1-7 günlük REPO) faiz dəhlizinin aşağı həddi ilə aparılması nəzərdə tutulur. Vəsaitlərin yerləşdirilməsi məqsədilə əməliyyatlar isə (1-7 günlük əks-REPO) faiz dəhlizinin yuxarı həddi ilə aparılacaq. Açıq bazar əməliyyatları əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçiriləcək. Bu zaman vəsaitlərin cəlb olunması üçün nəzərdə tutulan açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılacaq. Belə əməliyyatlara hərraclar vasitəsilə depozitlərin cəlb edilməsi, habelə Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası aiddir. Vəsaitlərin yerləşdirilməsi üçün nəzərdə tutulan, yəni emissiya xarakterli açıq bazar əməliyyatları isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılacaq.
Məcburi ehtiyat normaları da Mərkəzi Bankın istifadə etdiyi pul siyasəti alətlərindən biri olaraq qalacaq. Mərkəzi Bank 2017-ci ildə də məcburi ehtiyat normalarını aylıq ortalama rejimində tətbiq edəcək ki, bu da banklar tərəfindən likvidliyin çevik idarə olunmasına imkan verəcək. Pul bazarındakı vəziyyətə adekvat təsir göstərmək məqsədilə pul siyasəti alətlərinin effektiv tətbiqinə, monetar əməliyyatların optimal planlaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank 2017-ci ildə aidiyyəti iqtisadi qurumlar ilə birlikdə likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin formalaşması istiqamətində müvafiq işlər görəcək. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi çərçivəsində banklararası pul bazarının fəaliyyətinin gücləndirilməsi, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası istiqamətində işlər 2017-ci ildə də davam etdiriləcək. Bu işlər pul siyasətinin iqtisadiyyata ötürücülük mexanizmində faiz kanalının gücləndirilməsinə xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
