Gəncə əhalisinin sayı açıqlanıb
Gəncə şəhərində demoqrafik vəziyyət açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı şəhər üzrə (məcburi köçkünlər istisna olmaqla) 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə 330 min 562 nəfər olmuşdur.
Şəhərdə məskunlaşmış ailələrin (məcburi köçkün) sayı 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə 6 min 301, onlarda şəxslərin sayı 21 min 432 nəfər təşkil edir.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 2002 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 8,1 təşkil etmişdir.
2023-cü ilin doqquz ayında şəhərdə 1578 ölüm halı qeydə alınmış hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 olmuşdur.
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən şəhərdə 1020 nikah və 639 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1 olmuş, boşanmaların sayı 2,6 təşkil etmişdir.
Qeyd edilib ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında əhalinin sayı şəhər üzrə 2022-ci ilin oktyabrın 1-i vəziyyətinə hesablanmadığı üçün müqayisə aparılmamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














